Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:32

Oktyabrın 1-ə olan göstəricilərə görə, Dövlət Neft Fondunun (DNF) cəmi aktivləri 35 milyard 822,1 milyon dollara bərabərdir.

AZƏRTAC-ın xəbərinə görə, həmin vəsaitin 33 milyard 949,6 milyon (94,8 faiz) ABŞ dollarına bərabər hissəsi investisiya portfelinin payına düşür. Manat vəsaitlərinin valyuta ifadəsində həcmi isə 1 milyard 872,5 milyon (5,2 faiz) dollara bərabərdir.

Buna da bax:​ Su altında qalan milyonlar

Fondun portfelində 16 milyard 155,1 milyon dollar, 10 milyard 694,4 milyon avro, 1 milyard 269,2 milyon funt-sterlinq, 284,4 milyon Avstraliya dolları, 1 milyard 215,2 milyon türk lirəsi, 33 milyard 154,9 milyon da rus rublu var.

Bundan başqa, orada Koreya vonu 491 milyard 975 milyon, çin yuanı 3 milyard 183,8 milyon, yapon yeni 36 milyard 360,9 milyon, digər valyutalar isə 440,2 milyon həcmindədir.

Buna da bax:​ Azərbaycanın neft pulları 2 milyard dollar azalacaq

Portfelə həmçinin, 1 milyard 278,7 milyonluq qızıl (970,146 troya unsiya, 30,17 ton) daxildir.

Bu ilin oktyabrına Neft Fondunun aktivlərinin 2016-cı ilin əvvəlinə nisbətən 6,7 faiz artdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG