Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:25

Neft Emalı Zavodunu yenidən qururlar


Neft emalı zavodu
Neft emalı zavodu

-

Heydər Əliyev adına Neft Emalı Zavodu yenidən qurulacaq.

Fevralın 11-də SOCAR-la İtaliyanın «Kinetics Technology S.p.A» şirkəti arasında bununla bağlı müqavilə bağlanıb.

Bu haqda SOCAR-ın mətbuat xidməti məlumat verir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev imza mərasimində deyib ki, yenidənqurma işləri nəticəsində zavodun mövcud texnoloji qurğularının modernləşdirilməsi və bəzi yeni qurğuların inşası nəzərdə tutulur. Layihə üzrə qısa müddət ərzində zavodun illik emal gücünün 6 milyondan 7.5 milyon çatdırılması, bir neçə yeni qurğunun tikilərək istismara verilməsi planlaşdırılır. Yenidənqurmadan sonra zavodda «Euro-5» standartlarına cavab verən daha keyfiyyətli neft emalı məhsulları da istehsal ediləcək.

Bakı Neft Emalı Zavodu ötən əsrin 40-cı illərinin sonlarında qurulub. Yenidənqurmaya Avstriyanın «Poerner», Fransanın «Axens», İngiltərənin UOP şirkətləri ilə də cəlb olunub.

Zavodun yenidən qurulmasına nə qədər vəsait xərclənəcəyi açıqlanmır.

XS
SM
MD
LG