Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:17

-

Səudiyyə Ərəbistanı ilə Rusiya arasında əldə edilən neft istehsalını dondurmaq barədə sövdələşmə neft qiymətlərinin aşağı düşməsinin qarşısını almayacaq.

"Goldman Sachs Group Inc." şirkəti bildirir ki, fevralın 16-da əldə olunmuş bu razılaşma xam neftin qiymətini yüksəltməyə kömək etməyəcək. Şirkət həmçinin qeyd edib ki, razılaşmanın uğuru İran və İraq kimi mühüm neft istehsalçılarının da iştirakından asılıdır.

İran bu razılaşmanı dəstəklədyini bildirsə də, öz neft istehsalını azaldacağı barədə bir söz deməyib.

Torontoda yerləşən, investisiya, maliyyə və kapital bazarları üzrə ixtisaslaşmış "TD Securities" şirkətindən Bart Melek deyir ki, bu razılaşma neft bolluğunu azalda bilməyəcək: "Güman ki, İran bazarda payını bərpa etməyə yetəcək qədər neft istehsal edəcək."

Səudiyyə Ərəbistanının neft naziri Ali al-Naimi Dohada baş tutmuş danışıqlardan sonra deyib ki, onun ölkəsi ilə Rusiya arasında razılaşma xam neft istehsalını yanvar səviyyəsində saxlamaq məqsədi güdür. Onun sözlərinə görə Qətər və Venesuelanın da qoşulduğu bu razılaşma "bazarı stabilləşdirmək və yaxşılaşdırmaq üçün lazım olan başqa addımları da tələb edə biləcək prosesin başlanğıcıdır".

______________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

Bu vaxta qədər Səudiyyə Ərəbistanı neft istehsalını məhdudlaşdırmaqdan imtina edərdi. O iddia edirdi ki, rəqiblərin də istehsalı azaltmadığı təqdirdə belə bir addımın atılması olsa-olsa bazarda payın itirilməsi ilə nəticələnə bilər. Bloomberg-in hesablamalarına görə yanvar ayı ərzində krallıq 10,2 milyon barrel neft istehsal edib. Rusiya isə bu müddətdə 10.9 milyon barrel neft çıxarıb ki, bu da bu post-sovet dövrü üçün rekord sayılır.

Bütün bunlarla yanaşı ABŞ-da neft istehsalı artmaqda davam edir. İki həftə əvvəl bu göstərici 504.1 milyon barrelə, yəni 86 il ərzində ən yüksək həddinə çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG