Yeni ilin bayram günlərində Ermənistana istirahətə getmək istəyən rusiyalıların sayı keçən ilin eyni övrü ilə müqayisədə 119 faiz artıb.
Bunu Scyscanner turist xidmətində hava biletlərinə və otellərə sifarişlər göstərir.
Kiprdə istirahət etmək istəyən rusiyalıların sayı isə 70 faiz artıb. Azərbaycana gəlmək istəyənlərin sayında artım 69 faizdir.
Sonrakı yerlərdə Yunanıstan ( artım 53 faiz) və Gürcüstandır (artım 40 faiz).
Qış tətilində sayca ən çox rusiyalılının getdiyi yer isə Tailanddır. Sonrakı yerlərdə İtlaiya, Yunanıstan, İspaniya, Çexiya, Türkiyə, Gürcüstan, Fransa, ABŞ və BƏƏ-dir.
Rusiyanın öz daxilində səfərlər keçən ilin eyni vaxtı ilə müqayisədə 33 faiz artıb.