Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:25

Əvvəlki sazişlərin hesabını soran yox, yenisi imzalanıb...


Azerbaijan -- A woman holds manat banknotes, national currency of Azerbaijan, in this photo illustration taken on January 18, 2016
Azerbaijan -- A woman holds manat banknotes, national currency of Azerbaijan, in this photo illustration taken on January 18, 2016

►Öhdəlikləri müəyyənləşdirən Baş Kollektiv Sazış imzalandı, amma...

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (ASK) arasında 2016-2017-ci illər üçün Baş Kollektiv Saziş imzalanıb.

Ölkədə əmək münasibətləri ilə bağlı hökumətin, həmkarlar ittifaqlarının və sahibkarların öhdəliklərini müəyyənləşdirən bu sənəd aprelin 15-də imzalanıb və yalnız bu gün (21 aprel) ictimaiyyətə açıqlanıb.

Sazişdə qeyd olunur ki, hökumət Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq çərçivəsində Layiqli Əmək üzrə Ölkə Proqramını imzalayacaq. Minimum əməkhaqqının mərhələlərlə yaşayış minimumuna çatdırılması istiqamətində həyata keçirilən tədbirlər də davam etdirəcək.

Eyni zamanda əməkhaqqı səviyyələri arasında qeyri-mütənasibliyin aradan qaldırılması məqsədi ilə Vahid Tarif Cədvəli təkmilləşdiriləcək.

Hər dəfə deyilir, amma söz olaraq qalır

Sözügedən öhdəliklər 2 il öncə - 2014-cü il iyulun 14-də imzalanmış öncəki Baş Kollektiv Sazişdə də əksini tapıb, ancaq icra olunmamış qalıb.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində "minimum əməkhaqqı" anlayışının BƏT-in 131 nömrəli Konvensiyasında verilən tərifə uyğunlaşdırılması, inflyasiya nəzərə alınmaqla, bu göstəricinin indeksləşdirilməsinə dair mülahizələrin qanuna daxil edilməsi ilə bağlı məsləhətləşmələrin aparılacağı da yenə bildirilir.

Hər dəfə diqqətə yetirilən belə məqamlar, hələlik, söz olaraq qalır. Söhbət minimum əməkhaqqının aylıq deyil, saat hesabıyla müəyyənləşdirilməsindən gedir.

(Ardı aşağıda)

Bəs Almaniyada məşğulluq idarələri nə təklif edir?

Bəs Almaniyada Məşğulluq İdarələri nə təklif edir?
Gözlə

No media source currently available

0:00 0:16:15 0:00

Sazişə əsasən, tərəflər “Yaşayış minimumu haqqında" Qanuna uyğun olaraq, minimum əməkhaqqı məbləği, pensiyaların baza hissəsi və ehtiyac meyarı həddinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması işlərini davam etdirəcəklər.

Sazişdən çıxarılan ciddi öhdəliklər və “unudulanlar” var

Maraqlıdır ki, bir çox ciddi öhdəliklər (Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün səyləri davam etdirmək, Rəqabət Məcəlləsinin qəbul olunmasını tezləşdirmək, ölkə üzrə orta əməkhaqqı miqdarından az maaş alanların sayını əhəmiyyətli dərəcədə aşağı salmaq) yeni sazişdən çıxarılıb.

Başqa bir diqqətçəkən məqam - əvvəlki illərdən fərqli olaraq, ölkədə maktoiqtisadi sabitliyin və inkişafın təmin olunması üçün hökumətin üzərinə götürməli olduğu heç bir öhdəliyin sənəddə əksini tapmamasıdır. Bu bir yana, bu sazışə əlavədə “Əsas sosial-iqtisadi göstəricilər” bölməsini rəqəmlərlə tamamlamaq da “unudulub”. Burada 2016-2017-ci illərdə gözlənilən orta aylıq nominal və real əməkhaqqı (o cümlədən iqtisadiyyatın sahələri üzrə), kompensasiyalar nəzərə alınmaqla, nominal, real və orta pensiya, inflyasiya proqnozu, hətta ailə büdcəsindən qidaya sərf olunan orta məbləğ rəqəmlərlə ifadə olunmalı idi.

___________________________________________________________

Bunlara da bax:
Məhkəmə: «Mənə zorla vəhhabi namazı qıldırmaq istəyirdi»
Ankara məhkəməsi 275 nəfərə qarşı ittihamları qaldırdı

___________________________________________________________

Hamılıqca beynəlxalq səfərdə?

AzadlıqRadiosu başa çatmış Baş Kollektiv Sazişin icrasına şərh verməkdən ötrü ASK-ya müraciət etsə də, burada məsələyə münasibət bildirməkdən boyun qaçırıblar. AHİK-in mətbuat xidmətində isə deyiblər ki, konfederasiyanın rəhbərliyi hamılıqca beynəlxalq səfərdə olduğuna görə, heç nə deyə bilməyəcəklər.

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

Neftçi Hüquqlarının Medafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna bildirib ki, Baş Kollektiv Saziş bağlanmazdan öncə idarə və müəssisələrdə əmək kollektivi ilə işəgötürən arasında 2-3 illik kollektiv müqavilə bağlanır. Bu müqavilələrdə əmək kollektivləri işəgötürənin üzərinə Əmək Məcəlləsində qeyd olunan vəzifələrdən daha çox öhdəliklər qoymağa çalışır:

“Bu gün istənilən işçidən soruşsanız ki, Baş Kollektiv Sazişdən xəbəriniz varmı? “Yox!” - deyəcəklər. Əslində, həmin saziş üçtərəfli qaydada imzalanmazdan öncə əmək kollektivlərində, adi həmkarlar təşkilatlarında müzakirə olunmalı, rəy və təkliflər dinlənməlidir. Bu isə baş vermir”.

“Konfederasiya müstəqil deyil”

Mirvari Qəhrəmanlı yeni saziş bağlanmazdan öncə əvvəlki sənədin icra durumunun qiymətləndirilmədiyinə, öhdəliklərin gerçəkləşdirilməsini əngəlləyən səbəblərin araşdırılmadığına da diqqət çəkir. Onun fikrincə, “aşağıdan-yuxarıya” belə müzakirələr getməlidir. Hər bir tərəfin, yəni hökumətin, sahibkarlar və həmkarlar təşkilatlarının Baş Kollektiv Saziş üzrə götürdüyü öhdəliklər qarşılıqlı qiymətləndirilməli, icra olunmayan məsələlərə dair məsuliyyət tədbirləri görülməlidir.

“Azərbaycanda Baş Kollektiv Saziş kimi ciddi sosial sənədə formal yanaşılır. Beynəlxalq təşkilatara göstərəcəklər ki, baxın, bu sənəd də var. Azərbaycanda əmək hüquqlarının icrasına ictimai nəzarəti AHİK həyata keçirir Amma necə? Vəziyyəti hamımız görürük. Bu isə ondan qaynalanır ki, konfederasiya müstəqil deyil”. - Mirvari Qəhrəmanlı belə düşünür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG