Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

-

Vergilər Nazirliyi «Neptun» və «Grand» marketlər şəbəkələrində yoxlamalara başlayıb.

«Report»un xəbərinə görə, yoxlamalar aprelin 20-si səhər saatlarında başlayıb.

Vergilər Nazirliyindən məsələ ilə bağlı agentliyə şərh verilməyib.

Ötən həftəsonu «Rahat», «Bizim», «Fresko», «Səbət», «Makromart», «Araz», «Neptun», «Bolmart», «Favorit» kimi iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət etmişdilər.

Sahibkarlar hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini bildirirdilər. Onların xəbərdarlığına görə, vergi dərəcələri aşağı salınmasa, ixtisarlara və fəaliyyətlərini dayandırmağa məcbur olacaqlar.

Müraciətdə həmçinin qeyd edilirdi ki, devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyəti də düşüb.

Ötən gün isə sahibkarları İqtisadiyyat naziri qəbul etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG