Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:39

-

Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolai Nikiforov nazirlik, idarələrdəki sənəd dövriyyəsində xarici şriftlər və fayl növlərindən istifadəyə son qoyulmasını tələb edib.

Nazir deyib ki, proqram texnologiyaları sahəsində xarici məhsulların yerlilərlə əvəz edilməsi çətinləşdirilib. Ona görə də, idarə normativ aktlarında məmurları xarici proqram təminatından istifadəyə vadar edən tələbləri ləğv etmək lazımdır. Bu, məsələn, şriftlərə və fayl növlərinə aiddir.

«Bizim özümüzün özümüzə xarici məhsullardan istifadə standartları qoymağımız yaxıngörən siyasət idi», - deyə Nikiforov bildirib.

Rusiyada dövlət sektoru və dövlət şirkətlərində xarici proqram təminatının yerli məhsullarla əvəz edilməsi kampaniyası hələ 2014-cü ildən başlayıb. O zaman baş nazir Dmitry Medvedev rabitə, iqtisadi inkişaf, sənaye və ticarət nazirliklərinə, Federal Antiinhisar Xidmətinə və patent idarəsinə bu istiqamətdə tədbirlər görməyi tapşırmışdı.

O vaxtdan bəri müxtəlif səviyyəli məmurlar bu sahədə öz təkliflərini veriblər. Üstəlik, təkliflər get-gedə daha da radikallaşıb.

Nikiforov-un özü hətta Rusiyanın dövlət strukturlarında bütün kompüterlərin yerli «Elbrus» prosessorlarına keçirilməsini təklif edib. Rusiya Təhlükəsizlik Xidmətinin katibi Nikolai Patrushev isə iş vaxtı «Google», «Yahoo» və «WhatsApp»dan istifadə edən məmurlara qarşı tədbir görməyi tələb edib. O deyib ki, bu xidmətlər gizli məlumatın düşmənə sızmasına səbəb ola bilər. Rabitə naziri Nikiforov bu həftənin əvvəlində bu fikri dəstəkləyib. «Xidməti məlumat, məhdud məlumatın digər növləri messencerlərdə yayıla bilməz», - deyə o, vurğulayıb.

Nazir bildirib ki, bu, ən azı, xidməti təlimatların pozulması demək olacaq. «Nəzəri cəhətdən isə, Allah eləməmiş, dövlət sirrinin yayılması baş versə, cinayət işinin açılmasına səbəb olacaq», - deyə Nikiforov məmurları xəbərdar edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG