Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:39

Türkmənistanda azərbaycanlı müğənni həbs edilib - narkotik ittihamı ilə


Foto youtube
Foto youtube

Tanınmış Türkmənistan müğənnisi Nazir Həbibov narkotik ittihamı ilə həbs edilib.

O, Türkmənisyan televiziyasının efirində əli qandallı şəkildə müntəzəm tiryək qəbul elədiyini etiraf edib.

Xəbərlər proqramında ölkəyə 35 kq tiryək keçirmək istəyən 3 qrupdan söhbət gedirmiş.

Onlar efir qarşısında bir daha bu işlə məşğul olmayacaqlarını vəd ediblər.

Sonuncü süjetdə isə əli qandallı məşhur müğənni Nazir Həbibov peyda olub.

“Gözəl yaşadığım halda hərəkətimlə valideyinlərimi, ailəmi və 4 uşağımı rüsvay elədim. Söz verirəm ki, bir də belə şey etməyəcəm. Məni bağışlayın”,deyə o bildirib.

Nazir Həbibov Türkmənistanda ən bahalı toy müğənnilərindən biridir.

AzadlıqRadiosu Tükmənistan xidmətindən aldğımız məlumata görə, Türkmənistanda doğulan Nazir Həbibov əslən azərbaycanlıdır. Valideyinlərindən başqa həyat yoldaşı da azərbaycanlıdır.

Türkmənistanda narkotik ittihamına görə cəza çox sərtdir.

Xüsusilə də narkotik dillerlərini uzunmüddətli həbs gözləyir, özü də amnistiyaya düşməmək şərti ilə.

Bu qanun ölkədə 2015-ci ildən qəbul edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG