Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:52

Şahmat ulduzu: 'Hicab geyinməyəcəyəm'


Nazi Paikidze
Nazi Paikidze

ABŞ-ın şahmat ulduzu, dünyanın ən güclü qrossmeysterlərindən olan Nazi Paikidze İranda keçiriləcək beynəlxalq turnirə qatılmaqdan imtina edib, çünki hicab geymək istəmir.

«The Washington Post» qəzeti yazır ki, Paikidze-nin turniri boykot etməsinə səbəb İranda qadınların başını bağlamağa məcbur edilməsidir. O bu haqda «Instagram» səhifəsində məlumat verib. İranda minlərlə qadının hicaba qarşı təhlükədən qorxmayaraq, mübarizə apardığı halda hicab geyməyəcəyini, «qadınların əsarəti»nə tərəfdar olmayacağını elan edib.

«BOYKOTA ÇAĞIRIŞ DOĞRU DEYİL»

Hicab tək İranda deyil, bir neçə başqa müsəlman ölkələrində də məcburidir. İranın özündə bəzi fəallar hicab qaydalarına qarşı onlayn kampaniya başladıb. Amma Türkiyədə, eləcə də bəzi Qərb ölkələrində mühafizəkar müsəlman qadınlar ictimai yerlərdə hicab qadağasıyla mübarizə aparır, hətta idman yarışlarına baş örtüyündə çıxmağa icazə əldə edirlər.

Buna da bax-'Miss Qırğızıstan' hicab taxmağa qərar verdi

Başqa bir qadın qrossmeyster Mitra Hejazipour Paikidze-nin çempionatı boykot etməsinin doğru qərar olmadığını bildirib. O, «The Guardian» qəzetinə müsahibəsində deyib ki, bu addım İranda qadın idmanının inkişafını əngəlləyə bilər: «Bu, İranda qadınların qatılacağı ən böyük idman yarışmasıdır. İndiyə qədər İranda qadınların iştirak edə biləcəyi başqa beynəlxalq çempionatların keçirilməsinə nail olmamışıq… Bu oyunlar İran qadınları üçün çox vacibdir. Boykota çağırış doğru deyil».

Paikidze Change.org-da kampaniyaya başlayıb, Beynəlxalq Şahmat Federasiyasını qadınların çempionatının İranda keçirilməsi məsələsinə baxmağa çağırır. Onun müraciətini 3 mindən çox adam imzalayıb.

YERLİLƏRİ İNCİTMƏMƏK

CNN televiziyasının məlumatına görə, çempionatın keçirilməsini təklif edən yeganə ölkə elə İrandır və 150 federasiyanın heç biri, o cümlədən ABŞ Şahmat Federasiyası bu təklifə etiraz etməyib. Beynəlxalq Şahmat Federasiyasının veb-səhifəsində yayılan bəyanatda deyilir ki, yarış zamanı hicab geymək tələb olunmur. Sadəcə, təşkilat yerli adət-ənənələrə, qayda-qanunlara və dinlərə hörmətlə yanaşmağı, davranışlarıyla yerliləri incitməməyi iştirakçılardan həmişə tələb edir.

Dünya şöhrətli şahmatçı, beynəlxalq dərəcəli usta, qrossmeyster Nazi Paikidze Rusiyada doğulub, Gürcüstanda böyüyüb. Gürcüstanda bütün ibtidai məktəblərdə şahmat dərsi keçilir.

Beynəlxalq müsabiqələrdə dəfələrlə qalib gələn Paikidze 18 yaşı tamam olandan sonra Birləşmiş Ştatlara köçüb, güclü şahmat klubu olan Merilend-Baltimor Universitetində təhsil alıb. Dünyanın 100 ən yaxşı qadın şahmatçıları arasında birincilərdəndir, ABŞ-da dördüncüdür.

XS
SM
MD
LG