Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 14-də işə çıxıb.

Prezident 3 gün idi ki, soyuqdəymədən müalicə alırdı.

Dövlət Televiziya kanalları oktyabrın 14-də Nazarbayevin baş prokuror Zhalip Asanov və Astana meri Aset Isekeshevlə görüşünü göstərib.

Prezidentin qızı Dariqa Nazarbayeva da elə həmin gün Astanada jurnalistlərə açıqlamasında atasının səhhətinin artıq xeyli yaxşılaşdığını demişdi.

Dariqa Nazarbayeva senatdakı beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik məsələləri üzrə komitənin rəhbəridir.

Prezidentin mətbuat xidməti oktyabrın 11-də Nursultan Nazarbayevin soyuqlaması və buna görə Azərbaycanla Ermənistana səfərini təxirə salması barədə məlumat yayıb.

Bundan sonra prezidentin səhəti barədə heç bir rəsmi açıqlama verilməmişdi.

Nazarbayev həftə ərzində bütün beynəlxalq tədbir və görüşləri təxirə salıb.

76 yaşlı Nazarbayev Qazaxıstanı 1991-ci ildən idarə edir.

XS
SM
MD
LG