Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəsətəliyə görə Azərbaycan və Ermənistana səfərini təxirə salıb.

Bu barədə oktyabrın 12-də prezidentin mətbuat xidmətinin rəhbəri Aydos Ukibay məlumat verib.

Nazarbayev oktyabrın 12-də Azərbaycana, 14-də isə Ermənistana səfər eləməliyidi.

Aydos Ukibay prezidentin soyuqdəymədən müalicə aldığını, amma ümumlikdə səhətinin normal olduğunu bildirib.

Məlumata görə Nazarbayev həftənin sonunadək heç bir beynəlxalq görüşdə iştirak etməyəcək.

Aydos Ukibay bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının oktyabrın 14-də Yerevanda keçiriləcək görüşündə Qazaxıstanı baş nazir təmsil edəcək, prezidentin gələcək fəaliyyəti isə adi iş qrafikinə uyğun olacaq.

Qeyd edək ki, Nazarbayevin mətbuat xidməti bundan bir gün əvvəl prezidentin soyuqlaması və müalicə alması barədə məlumat yaymışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG