Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 19:29

Naxçıvanda 'müasir köləlik'dən danışıblar


Naxçıvanda İnsan Alverinə Qarşı Dünya Mübarizə Gününə həsr olunan beynəlxalq konfrans keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin ( DİN) məlumatında bildirilir.

Tədbiri DİN, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Beynəlxalq Miqrasiya Təşkilatı təşkil edib.

İNSAN ALVERÇİLƏRİ YAYINA BİLİRLƏR

USAID nümayəndəliyinin rəhbəri Michaela Meredis qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycanla birgə insan alveri ilə mübarizə aparır. Onun deməsinə görə, bu işdə uğurlar əldə edilsə də, yenə problemlər qalır. İnsan alveri ilə məşğul olanlar, hələ də, hüquq-mühafizə orqanlarından yayına bilirlər.

«2015-ci ilin oktyabrından USAID Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə Azərbaycanda «İnsan alverinə qarşı mübarizə» layihəsini həyata keçirir. Layihə çərçivəsində insan alveri qurbanları üçün sığınacaqlar yaradılır, onlara hüquqi, sosial, psixoloji və reabilitasiya yardımı göstərilir», - o bildirib.

Buna da bax - Azərbaycanda insan alveri artıb

DÖVRÜN KÖLƏLİYİ

M.Meredis insan alveri ilə mübarizəyə dair 2014-2018-ci illər üzrə Milli Fəaliyyət Planını müsbət qiymətləndirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Ghulam Isaczai da bildirib ki, hazırda dünyada insan alveri qurbanlarının sayı 20 milyondur. İyulun 30-nun İnsan Alverinə Qarşı Dünya Mübarizə Günü elan edilməsində məqsəd ictimaiyyətin diqqətini bu qlobal problemə yönəltməkdir.

Tədbir zamanı insan alveri «müasir dövrün köləliyi» adlandırılıb. Konfrans öz işini panel müzakirələrlə davam etdirib.

Bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda insan alverinə dair cinayətlərin 16 faiz artdığı bildirilir.

Bu barədə məlumat bu ilin birinci rübünün yekunlarına dair DİN-də keçirilən kollegiya iclasında açıqlanmışdı. Ancaq onda rəqəm göstərilməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG