Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:32

Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası ərazisində komanda-qərargah təlimlərinə başlanıb. Təlimlərin ölkə başçısının təsdiqlədiyi plan əsasında keçirildiyi bildirilir.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Xəbərə görə, təlimlərə əlahiddə ümumqoşun ordusunun tabeliyində olan hərbi hissələr, idarə heyətləri və qərargahlar cəlb olunub.

Təlimlər zamanı Naxçıvan ərazisinin müdafiəsi, ümumilikdə təhdidlər və təcavüzkar fəallığın qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.

Təlimlərin nə vaxt başa çatacağı açıqlanmır.

Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ölkənin digər əraziləri ilə coğrafi baxımdan bir yerdə deyil.

Muxtar respublika İran, Türkiyə və Ermənistanla sərhəddə yerləşir. 400 mindən çox sakini var.

Günün bütün mövzuları

XS
SM
MD
LG