Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:24

Həbsdə olan 57 yaşlı cəbhəçidən xəbər var


Zeynəlabdin Bağırzadənin qardaşı Yaşar Bağırsoy

Zeynəlabdin Bağırzadənin qardaşı Yaşar Bağırsoy

“Hazırda həbsdə olan 57 yaşlı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Zeynəlabdin Bağırzadə özünü yaxşı hiss edir. Həbsxanada ona son vaxtlar hər hansı təzyiq olmayıb”.

Bu haqda həbsdəki cəbhəçinin qardaşı Yaşar Bağırsoy məlumat verib.

Noyabrın 1-də qardaşı ilə görüşən Y. Bağırsoy deyib ki, Zeynəlabdin Bağırzadə həbsxanada ictimai-siyasi prosesləri izləməkdədir.

Buna da bax:​ Naxçıvan prokurorluğu və ombudsman cəbhəçi haqda

“O, həmçinin bütün dostlara və ölkəmizdə demokratik dəyərlər uğrunda mübarizə aparan hər kəsə salamlarını çatdırmamı istədi. Bütün siyasi sifarişlə həbs olunanların və günahsız insanların azadlığa çıxmasını istəyir”, Y.Bagırsoy bildirib.

Z.Bağırzadə 2015-ci ilin noyabrında Naxçıvanda həbs olunmuşdu.

O həbs edilərkən qardaşı demişdi ki, Z.Bağırzadənin evinə gələn Sosial Müdafiə Fondunun əməkdaşları onun xanımına qarşı etikadan uzaq söyüşlər söyüblər. Z.Bağırzadə bununla bağlı həmin adamları tapıb, həyətindəki hadisəyə görə etirazını bildirib. Daha sonra bununla bağlı prokurorluğa şikayət ərizəsi verib. Sonra isə iş Z.Bağırzadənin özünün əleyhinə çevrilib.

Onu dövlət qulluqçusuna zor tətbiq etməkdə (CM-nin 315-2-ci maddəsi) günahlandırmışdılar. Babək Rayon Məhkəməsi ittihamları təsdiqləyərək cəbhəçini 8 il həbs cəzasına məhkum etmişdi.

Buna da bax:​ Naxçıvan nümayəndəliyi qarşısında etiraz aksiyası (VİDEO)

Z.Bağırzadə əvvəl də həbs edilmişdi. O, 2012-ci ildə 7 il yarım şərti cəza almışdı. Buna səbəb kimi Çernobıl qəzası ilə bağlı əlliliyi saxta alması, səlahiyyət həddini aşması, sənədləri saxtalaşdırması göstərilirdi.

Z.Bağırzadəni yerli hüquq müdafiə təşkilatları “siyasi məhbus” hesab edir.

O, ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG