Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:17

İlham Əliyev: ‘Pakistandan ən müasir silahlar almaq istəyirik’


Muhammad Nawaz Sharif və İlham Əliyev

Muhammad Nawaz Sharif və İlham Əliyev

Bu barədə prezident İlham Əliyev Pakistan baş naziri Muhammad Nawaz Shariflə danışıqların yekunlarına həsr olunmuş birgə mətbuat konfransında bildirib.

President.az saytı xəbər verir ki, hərbi sahədə əməkdaşlığa toxunan Əliyev aşağıdakıları deyib.

“Bizim çox yaxşı əməkdaşlığımız var. Bu gün biz ölkələrimizin silahlı qüvvələri arasında birgə hərbi təlimlə bağlı planları müzakirə etdik. Eyni zamanda, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var və biz bu sahədə əməkdaşlığı çox ətraflı müzakirə etdik. Azərbaycan da demək olar 10 ildir ki, öz müdafiə sənayesini inkişaf etdirir. Beləliklə, biz birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilərik. Eyni zamanda, biz Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var”.

Buna da bax:​ Pakistanın Azərbaycan sevgisi

İlham Əliyev Pakistana Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini ardıcıl surətdə dəstəklədiyinə görə təşəkkür edib.

Cavab sözündə Nawaz Sharif deyib ki, beynəlxalq və qlobal problemlər beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır.

“Pakistan Dağlıq Qarabağ məsələsi ilə bağlı aydın mövqeyə malikdir. Biz Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasının tərəfdarıyıq”, deyə baş nazir bildirib.

Buna da bax:​ İlham Əliyev: 'Azərbaycan Kəşmirlə bağlı Pakistanı dəstəkləyir'

Daha sonra Muhammad Nawaz Sharif qeyd edib ki, iki ölkə arasında hərbi, energetika, ticarət və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üzrə razılıq əldə olunub.

Muhammad Nawaz Sharif oktyabrın 13-də Azərbaycana gəlib. Onun səfəri 3 gün çəkəcək. Səfər çərçivəsində Pakistan baş nazirinin azərbaycanlı həmkarı Artur Rəsizadə ilə də görüşəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG