Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

Oktyabrın 24-də Bakıda NATO-nun “Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları” mövzusunda təlimi başlayıb. Təlim alyansın Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu keçirir.

Bu haqda Müdafiə nazirliyinin mətbuat xidməti xəbər verir.

Təlimin Müdafiə Nazirliyinin NATO ilə 2016-cı ildə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirildiyi bildirilir.

Buna da bax:​ NATO ekspertləri Bakıda

Oktyabrın 28-dək davam edəcək kursun məqsədi böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatlarının planlaşdırılmasıdır. Təlim zamanı bu sahədə əldə edilən təcrübələrə və istifadə olunan sənədlərə dair təqdimatlar hazırlanacaq.

1994-cü ildən başlayaraq Azərbaycan - NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

Buna da bax: Azərbaycan da hərbi təlimlərə qatılıb

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Buna da bax: Azərbaycanlı hərbçilər NATO tədbirində

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG