Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov Almaniyada səfərdədir.

N.Sadıqov Vizbaden şəhərində keçirilən “Varşava sammiti və sonrakı dövr” mövzusunda Avropa orduları komandanlarının konfransında iştirak edir.

Bu haqda oktyabrın 25-də Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Buna da bax:​ Bakıda NATO təlimi

Xəbərdə görə, konfransda NATO-nın üzvü və tərəfdaşı olan ölkələrin baş qərargah rəisləri, eləcə də alyansın hərbi strukturlarının rəhbərləri iştirak edir.

Konfransda Avropada sabitliyə, təhlükəsizliyə olan təhdidlərin aradan qaldırılması məqsədi ilə silahlı qüvvələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi, informasiya mübadiləsi və təhlükəsizliyin təmin edilməsi üzrə yeni yanaşmalar müzakirə edilir.

1994-cü ildən başlayaraq Azərbaycan - NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

Buna da bax:​ Nazir NATO baş katibi ilə görüşüb

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Buna da bax:​ Azərbaycanlı hərbçilər NATO tədbirində

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG