Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:34

NATO Rusiya ilə dialoq tərəfdarıdır. Bunu qurumun baş katibi Jens Stoltenberg noyabrın 15-də, AB müdafiə nazirlərinin görüşü ərəfəsində deyib.

“Rusiya bizim ən böyük qonşumuzdur və yerində qalasıdır. Və xüsusilə gərginliyin artdığı zamanlarda, təhlükəsizliklə bağlı cürbəcür sınaqlarla üzləşdiyimiz vaxtda onunla dialoq vacibdir”.

Buna da bax:​ Moskva Gürcüstan-NATO təlimlərini təhlükə sayır

Amma J.Stoltenberg NATO-nun Ukraynanın ərazi bütövlüyü və suverenliyinə müdaxiləni heç vaxt qəbul etməyəcəyini də vurğulayıb.

Moskvanın Qərblə münasibətləri 2014-cü ildən - Rusiyanın Ukraynaya təcavüzündən, Ukraynanın Krım vilayətini özünə ilhaq edəndən sonra pisləşib.

J. Stoltenberg Brüsseldəki çıxışında yeni ABŞ prezidenti Donald Trump-dan da danışıb, onun ölkəsinin NATO qarşısındakı öhdəliklərini yerinə yetirəcəyinə əmin olduğunu bildirib. "Güclü NATO həm Avropadan ötrü, həm də ABŞ üçün vacibdir".

Buna da bax:​ NATO Trump-a sərt xəbərdarlıq etdi

Trump-ın seçki kampaniyası zamanı NATO-nu “yararsız” təşkilat adlandırması müttəfiqlərin narahatlığına səbəb olmuşdu. Amma ABŞ prezidenti Barack Obama noyabrın 14-də jurnalistlərlə söhbətində Trump-ın ABŞ-ın öhdəliklərinə sadiq olacağına əminliyini bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG