Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:40

Döyüşlərin intensivləşməsi Rasmussenlə bağlıdırmı?


Keçmiş NATO baş katibi, general Anders Fogh Rasmussen və Petro Poroshenko

Keçmiş NATO baş katibi, general Anders Fogh Rasmussen və Petro Poroshenko

Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyameyilli qüvvələr arasında döyüşlər intensivləşib. Bu barədə danışan Ukrayna rəsmisi Andriy Lysenko deyib ki, mayın 28-də döyüşlər zamanı bir əsgər həlak olub.

Rusiyameyilli qüvvələr hökuməti günahlandırır ki, ordu atəşkəsi pozur.

Təmas xəttində monitorinq aparan ATƏT-in xüsusi missiyası da Donetskidə mayın 27-də atəşkəsin pozulmasını qeydə alıb.

Atəşkəs pozulmasının artdığı bir vaxtda Ukrayna prezidenti Petro Poroshenko NATO-nun keçmiş rəhbəri general Anders Fogh Rasmussen-ni özünün məsləhətçisi təyin edib.

Rasmussen mayın 28-də Facebook hesabında Ukraynanın şərqindəki vəziyyəti təhlükəsizlik baxımdan «həyacanlı» təsvir edib.

Russiya Dumasının üzvü Leonid Kalashnikov deyib ki, bununla Ukrayna öz münasibətlərinin Qərb və NATO ilə quracağını göstərməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG