Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:22

NATO-dan Qarabağla bağlı çağırış


Jens Stoltenberg
Jens Stoltenberg

-

NATO Dağlıq Qarabağda münaqişə tərəflərini siyasi iradə göstərməyə və münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırıb.

Bu barədə AzadlıqRadiosu erməni xidmətinin təşkilatın baş katibi Jens Stoltenberqə göndərdiyi yazılı məktuba cavabında bildirilir.

Stoltenberg cavabında tərəfləri əməli mövqe tutmağa çağırır: ”Müttəfiqlər üçün bu cür uzanan münaqişələr xüsusi narahatlıq doğurur.

Biz Qafqaz regionunda avroatlantik təhlükəsizliyinin əsas elementlərindən biri kimi sülh və sabitlik istəyirik.

Biz region ölkələri ilə siyasi və praktik aspektlərdə əməkdaşlığı davam etdirəcəyik”,deyə məktubda bildirilir.

NATO rəhbəri qeyd edir ki, bu münaqişə təkcə narahatlıq doğurmur, avroatlantik cəmiyyətinin üzvləri kimi, region xalqlarının öz imkanlarını açmasını əngəlləyir.

Dağlıq Qarabağın danışıqlarda iştirakı ilə bağlı suala gəldikdə isə Alyans rəhbəri bildirib ki, onlar bu danışıqlarda iştirak etməsələr də prosesdə maraqlıdılar və NATO bütün tərəfləri münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirməyə çağırır.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

NATO həmçinin Azərbaycan və Ermənistanın ərazi bütövlüyü, süverenliyini dəstəkləməkdə davam etdiyini bildirib.

Amma Stoltenberg təmas xəttində itkilərdən necə qaçmağa münasibət bildirməyib: ”Danışıqlara ATƏT-in Minsk qrupu vasitəçilik edir. Biz həmişə Minsk qrupunun rolunu dəstəkləyir və burda NATO-nun ayrıca roluna ehtiyac görmürük. NATO-nun Cənubi Qafqazda siyasəti dəyişməyib”,deyə cavabda bildirilir.

Buna da bax:

Rəşadət Axundovun evində üzlər gülür- [video]
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

XS
SM
MD
LG