Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Avqustun 2-də Səbail Rayon Məhkəməsi Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq qurumunun təqdimatına baxıb.

Bu haqda onun vəkili Əyyub Ələkbərov məlumat verib.

Vəkilin bildirdiyinə görə, məhkəmə istintaq qurumunun təqdimatını təmin edib. Qərara əsasən, N.Kərimov barəsində seçilən ev dustaqlığının müddəti daha 4 ay artırılıb.

N.Kərimovu Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi bu ilin yanvarında həbs etmişdi. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunan N.Kərimov barəsində Səbail Rayon Məhkəməsi 4 ay həbs-qətimkan tədbiri seçmişdi.

Sonradan o, ev dustaqlığına buraxılmışdı.

Buna da bax: Nardaran qarşıdurması (1-ci hissə) - Jurnalist araşdırmasının nəticələri

Ötən il noyabrın 26-da güc orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Həmin vaxt ikisi polis olmaqla, altı nəfər həlak olub.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun tərəfdarları həbs edilib. Sonradan kənd sakinləri arasında da çoxsaylı şəxs saxlansa da, onların əksəriyyəti sərbəst buraxılıb. Prokurorluğun məlumatına görə, «Müsəlman Birliyi» Hərəkatı ilə bağlı ümumilikdə 70 nəfər həbsdədir.

Buna da bax: Nardaran qarşıdurması (2-ci hissə) - Jurnalist araşdırmasının nəticələri

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov həmin hadisələr zamanı mətbuat vasitəsilə kənd sakinlərini hökumət orqanlarının tələblərinə müsbət cavab verməyə çağırmışdı. 2 ay sonra onun özü də istintaqa cəlb edilmişdi.

Onda hakimiyyət orqanları Nardaranda radikal dini qrupların kök saldığını bəyan edirdilər. Nardaran sakinləri də sosial tələblər səsləndirirdilər.

Nardaran əməliyyatının səbəbləri...

Günün bütün mövzuları

XS
SM
MD
LG