Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:13

R.Cəfərov: 'Bu, siyasi sifarişdir'


Natiq Cəfərli polis maşınında aparılarkən- [video]
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Natiq Cəfərli polis maşınında aparılarkən- [video]

«Natiq Cəfərlinin avqustun 12-si gecə saatlarında həbs edilməsi özü ciddi mətləblərdən xəbər verir. Bu, onun həbsi ilə bağlı verilən siyasi sifarişin nəticəsi sayılmalıdır».

Bunu REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin həbsini AzadlıqRadiosuna dəyərləndirən həmin qurumun İdarə Heyətinin üzvü, keçmiş məhbus Rəsul Cəfərov deyib.

«Bu həbs sırf Natiq Cəfərliyə yönəlib, yoxsa hansısa böyük planın tərkib hissəsidir, yaxın günlərdə bilinər. Natiq Cəfərli özünün iqtisadi, ictimai açıqlamaları, şərhləri ilə ictimai rəyə təsir edən şəxslərdən biri olub. Tutduğu . mövqedə özünü təsdiq edən şəxslərdən biridir»,-deyə o qeyd edib.

Buna da bax - Natiq Cəfərli həbs edildi- [videolar]

R.Cəfərov vurğulayıb ki, bu il sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumun təşviqatında iştirak etmək məqsədilə REAL Təşəbbüs Qrupu yaradıb. Onun sözlərinə görə, bu məsələdə N.Cəfərli önəmli yer alıb: «Yəni, aydındır ki, N.Cəfərlinin saxlanması və dərhal barəsində 4 aylıq həbs- qətimkan tədbirinin seçilməsi təsadüfi deyil. Adətən ağır cinayətlərdə ittiham ediləcək şəxslərə qarşı belə müddət seçilir».

Avqustun 12-si gecə saatlarında Bakının Nəsimi Rayon Məhkəməsi REAL Hərəkatının həmtəsisçisi Natiq Cəfərli barəsində 4 ay həbs- qətimkan tədbiri seçib.

Vəkil Cavad Cavadlı deyib ki, Natiq Cəfərli qanunsuz sahibkarlıqda təqsirli bilinir: «Görünür, Natiq Cəfərliyə hüquq müdafiəçiləri İntiqam Əliyevə, Rəsul Cəfərova verilən ittihamlara bənzər ittihamlar veriblər. 4 ay verilməsi ağır cinayətlə bağlı ittihamlardan xəbər verir», - vəkil qeyd edib.

Bu hərəkatın sədri İlqar Məmmədov da hazırda həbsdədir. O, 2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş verən etirazlar zamanı həbs edilib. Həmin etirazların təşkilində günahlandırılan İlqar Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun azadlığa buraxılmasını istəsə də, Azərbaycan məhkəmələri bununla razılaşmırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG