Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42

İstintaq REAL Hərəkatının icra katibi Natiq Cəfərli ilə bağlı başqa yerə getməmək barədə qətimkan tədbiri seçib.

Bu haqda AzadlıqRadiosuna N.Cəfərlinin vəkili Cavad Cavadov məlumat verib. «Nəsimi rayon Məhkəməsi N.Cəfərli barəsində həbs-qətimkan tədbiri seçilməsini ləğv edib. Amma istintaq getdiyi, cinayət işinə xitam verilmədiyi üçün hansısa bir tədbirin seçiləcəyi gözlənilirdi».

Vəkil bildirib ki, bu, N.Cəfərlinin Bakını tərk edə bilməməsi deməkdir. Onun sözlərinə görə, ittiham olduğu kimi qalır və istintaq davam edir.

N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılmışdı.

Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılaraq barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir. Özü isə ittihamları rədd edir, həbsinin sifarişli olduğunu bildirmişdi.

N.Cəfərli sentyabrın 9-da gözlənilmədən saxlanıldığı Kürdəxanıdakı istintaq təcridxanasından buraxılıb. Nəsimi rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında onun barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv edib.

Buna da bax - 'Bu gün axşam gəldilər ki, 'əşyalarınızı toplayın!''

Günün bütün mövzuları

XS
SM
MD
LG