Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:33

Natiq Cəfərli azad edildi


Natiq Cəfərli həbsdən dərhal sonra
Natiq Cəfərli həbsdən dərhal sonra

Prokurorluq istədi, məhkəmə Natiq Cəfərlini azad etdi

REAL Hərəkatının həbsdəki icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb.

Sentyabrın 9-da axşam saatlarında Nəsimi Rayon Məhkəməsi belə qərar verib.

Natiq Cəfərlinin özü də bunu Azadlıq radiosuna təsdiq edib.

Buna da bax:​ Müsavat: 'Referendumun mahiyyəti, zərurəti barədə ictimaiyyətə izahat verilmir...'

Natiq Cəfərlinin özü də bunu Azadlıq radiosuna təsdiq edib.

Onun vəkillərindən Cavad Cavadovun bildirdiyinə görə, N.Cəfərli istintaqı aparan prokurorluq qurumunun təqdimatı əsasında azadlığa buraxılıb. Prokurorluğun təqdimatı Natiq Cəfərlinin həbsdən azad edilməsi ilə bağlı olub.

Məhkəmə təqdimatı qısa zamanda təmin edib.

Natiq Cəfərli artıq Kürdəxanıdakı təcridxanadan evə buraxılıb.

N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Buna da bax:​ 'Azərbaycanda yeni repressiyalar başlayıb' - HRW

Natiq Cəfərli artıq Kürdəxanıdakı təcridxanadan evə buraxılıb.

Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlarla Natiq Cəfərli əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş saymışdı. Bəyanatda qeyd edilirdi ki, bu sifariş dövlət başçısından gəlib.

Az sonra səhifədə video materiallar olacaq

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG