Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:07

NASA günəş sisteminin ucqarlarında və ondan kənarda işlətmək üçün yanacaq axtarışındadır

30 İLLİK ƏMƏYİN BƏHRƏSİ

1980-ci illərdən başlayaraq axtarışda olan ABŞ alimləri ilk dəfə ulduzlararası uçuşlarda istifadəsi mümkün yanacaq ixtira ediblər.

Məhz yeni il ərəfəsi Oak Ridge Milli laboratoriyasının energetikləri tədqiqatlarının nəticəsini açıqladılar. Təxminən 30 illik zəhmət sayəsində gələcəkdə dərin kosmosun tədqiqində enerji mənbəyi ola biləcək xüsusi növ yanacaq ixtira edildi.

Yanacaq Plutonium-238 adı ilə məlumdur.

Foto arxiv

Foto arxiv

​O NASA-nın bir neçə missiyasında istifadə etdiyi plutoniumunradioaktiv izotopudur . O missiyalar arasında2015-ci ilin əvvəlində Plutona çatan New Horizons missiyası da var.

Kosmik gəmilər Yer kürəsinin nisbi yaxınlığında hərəkət edərkən günəş enerjisindən yararlana bilirlər. Amma bu sistemindən kənara çıxan missiyalarda günəş radiasiyası çox zəifləyir. Bu zaman hərəkəti davam etdirmək üçün yeni növ yanacağa ehtiyac yaranır.

Yeni kəşf edilmiş Plutonium-238 bu ehtiyacı ödəyir. O parçalanaraq istilik enerjisi istehsal edir və o daha sonra NASA radioizotop enerji sistemivasitəsilə elektrik enerjisinə çevrilir. Bu enerji sistemi Çoxmissiyalı Radioizotop Termoelektrik Generatoru (MMRTG) adlanan nüvə batareyasının bir növüdür. MMRTG-dən gələn izafi istilik həm də kosmik gəminin bir sıra sistemlərinin donmadan qorunması üçün də istifadə edilə bilər. Artıq ondan Mars planetində hərəkət edən Curiosity robotunda istifadə edildiyi bildirilir.

HƏLƏLİK 50 QRAMDIR

Yeni kəşf hələlik 50 qramdır. Hətta bu qədər az olsa belə, bu gələcəkdə həmin elementin istehsalı üçün ilk addımdır. Məsələn, o “Mars-2020” və ya Jupiter Europa Orbiter kosmik cihazlarının fəzaya göndərilməsində istifadə edilə bilər.

Foto arxiv

Foto arxiv

“Son bir neçə il Oak Ridge Milli LAboratoriyasının alimləri Plutonium-238- kəşf etmək üçün yeni üsullar axtarıblar. Onlar əvvəllər Savannah River-də istifadə olunmuş reaktorlarla işləməli olublar”.Bunu at Oak Ridge Milli Laboratoriyasının texnologiyaların inteqrasiyası üzrə meneceri Bob Wham deyir.Onun sözlərinə görə, prosesi avtomatlaşdıran kimi radioizotop yanacağın istehsalı üçün imkan əldə ediləcək. Bu da dərin kosmosun öyrənilməsi üçün NASA missiyalarında həmin yanacağın istifadəsinə imkan yaradacaq.

İlkin vaxtlarda Departamentin NASA-nı ildə 300-400 qram izotopla təmin etməsi gözlənir. Amma gələcəkdə bu kütlə 1,5 koloqrama çatdırılacaq.

SUDAN 20 DƏFƏ SIX OLAN PLUTONİUM-238

Plotonium-238 – tərkibində neytronların və protonların sayının müxtəlif olduğu izotopdur. Bu gümüşü-ağ rəngli metaldır və sıxlığı sudan 20 dəfə çoxdur. Onun parçalanması nəticəsində çoxlu istilik enerjisi ayrılır.

Ondan ancaq uçuşlarda itifadə etmək mümkündür. Kosmik gəminin içərisində element keramik şəklə “salınacaq”. Əgər raket-daşıyıcı start zamanı qəzaya uğrayarsa, keramika böyük hissələrə parçalanaraq atmosferdə yayılmayacaq.

Plutonium 1940-cı ildə kəşf edilib və 1988-ci ilə qədər çox az miqdarda istehsal olunub. Həmin il onun istehsalı bütün dünyada dayandırılıb. 2013 -cü ildə Oak Ridge Milli laboratoriyası elementin yaradılması cəhdlərinə yenidən başlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG