Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:17

Azərtac: 'NASA deyir ki, Kənan Əhmədli qeydiyyatımızda yoxdur'


Kənan Əhmədli

Kənan Əhmədli

NASA-nın kataloqunda azərbaycanlı Kənan Əhmədli qeydiyyatda deyil.

Bu barədə NASA-nın ictimaiyyətlə əlaqələr departamentindən Sarah Ramsey AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib.

“NASA ABŞ vətəndaşı olmayan şəxsləri yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, onun yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur. Buna görə də oradan təcrübəçi qəbul edə bilmərik”, - deyə cavabda bildirilir.

Buna da bax:​ Azərbaycanlı NASA-da işə qəbul olundu!

Bir neçə gün əvvəl ölkə KİV-lərində K.Əhmədlinin NASA-da praktika keçməkdən ötrü ABŞ-a getməyə hazırlaşdığı barədə məlumat yayılmışdı.

K.Əhmədli isə bu barədə bir neçə televiziya kanalına müsahibə də vermişdi. O, "Mələk Beyni” adında elmi bir əsər yazaraq NASA-da təcrübə qazandığını iddia edirdi.

Hələlik, K. Əhmədlinin bu təkzibə münasibətini öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG