Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:03

Yerin ətrafında 72 yeni obyekt tapılıb


Foto arxiv
Foto arxiv

-

NASA-nın NEOWISE adlı avtomatik planetlərarası stansiyası Yerə yaxın göy cismlərini (YYO), yəni asteroidləri və kometləri araşdırır.

NEOWISE 2013-cü ildən bəri bu qəbildən olan 72 yeni göy cismini aşkar edib. Bunlardan səkkizi potensial olaraq təhlükəli asteroidlərdir, yəni onlar bir gün yerə çox yaxınlaşa, yaxud Yerlə toqquşa bilər.

NEOWISE bundan başqa alimlərə daha əvvəl yerdəki teleskopların aşkar etdiyi kosmik qayaları öyrənməyə kömək edir. O, teleskopların daha əvvəl aşkar etdiyi 439 belə obyekt haqqında yeni informasiya verib.

Kosmik qayalar da araşdırılır

NEOWISE-ın baş tədqiqatçısı Amy Mainzer deyir ki, bu obyektlərin diametri orta hesabla bir neçə yüz metrdir.

Əgər biz NEOWISE-ın aşkar etdiyi Yerə yaxın obyektləri və yerdəki teleskopların aşkar etdiyi obyektləri toplasaq bu həftəyə qədər 14246 YYO-nun tapıldığını görərik.

Bəs bu obyektlər yerə düşə bilərmi?

NASA-nın Yerə Yaxın Obyektlər proqramı bildirir ki, yaxın zamanda hər hansı böyük kosmik qayaların yerə düşməsi ehtimalı yoxdur.

Ancaq daha kiçik kosmik daşlar hiss olunmadan yerə düşə bilir. Məsələn, 2013-cü ilin fevralında Rusiyanın Çelyabinsk vilayətində gözlənilməyən bir meteorit səmada peyda olunmuş, sonra isə partlayaraq pəncərələri silkləmiş və yüzlərlə adama xəsarət yetirmişdi.

Atreoid Yer kürəsinə yaxınlaşsa...Bəs əgər biz iri bir asteroidin, yaxud kometin Yerlə toqquşacağını əvvəlcədən bilsək nə edə bilərik?

NASA deyir ki, biz onu nüvə silahı ilə vura bilərik. Ancaq diametri bir neçə yüz metrdən böyük olan təhlükəli asteroidləri parçalamaq cox vaxt həddindən artıqenerji tələb edir.

Astonomların sözlərinə görə, YYO-ları Günəş sistemindəki nəhəng planetlər öz orbitinə çkə bilir və beləcə onlar Yerin yaxınlığına gəlib çıxır.

Heç bir agentliyə Yerli qorumaq vəzifəsi verilməyib

NASA bdeyir ki, hər hansı təhlükəli asteroid aşkar olunduqda heç bir milli, yaxud beynəlxalq hökumət agentliyi onu dayandırmaq məsuliyyətini öz üzərinə götürmür. Heç bir agentliyə belə bir vəzifə verilməyib. NASA Yer üçün təhlükə yaradan asteroidlərin "istiqamətini dəyişmək" üzərində işləyir, ancaq bu missiyanın 2020-ci ildən tez işə düşməyəcəyi bildirilir.

NASA
NASA

NASA yeni asteroidləri tapmaq istəyən entuziastlar üçün "Asteroid Grand Challenge" adlı müsabiqə də keçirir. Bu sahə ilə maraqlanan alimlər layihəyə qatılmağa və mükafat qazanmağa dəvət edilirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG