Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:46

-

«Bu, Nardarana qarşı təxribatdır və tezliklə bunun üstünün açılmasını istəyirik».

Nardaran ağsaqqalı Hacıağa Nuri bunu martın 1-i səhər saatlarında kəndin küçələrindən birinə «Əli, Hüseyn, Allahu Əkbər!» şüarlarının yazılması ilə bağlı bildirib.

«Özü də yarı kiril, yarı latın əlifbası ilə, qaçaraq şəkildə yazılan bir şüardır. Mən bunu ancaq təxribat adlandırıram. Nardarandakı güc strukturlarına müraciət etmişik ki, bunun üstünü açsınlar. Bunu kimsə kənardan edib, kənddə qarşıdurma yaratmaq istəyirlər», - deyə H.Nuri baş verənləri dəyərləndirib.

O qeyd edib ki, kənd hələ də güc strukturlarının nəzarətindədir. Bu baxımdan da baş verənlərin «kənar iz» olduğunu düşünür.

Hacağa Nurinin deməsinə görə, bu məsələ ilə bağlı 30-a yaxın şəxs saxlanılıb. Onlardan 10 nəfərə qədər şəxsə inzibati cəza verilib. Qalan şəxslər martın 1-i axşam saatlarında sərbəst buraxılıblar.

Kənddə görülən işlərdən danışan H.Nuri bildirib ki, İmam Hüseyn meydanından «Nardaran Piri»nə gedən 1 km-lik yolun çəkilişinə başlanılıb.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirilib.
Bu əməliyyat nəticəsində 2-si polis, 5-i mülki şəxs olmaqla 7 nəfər həlak olub. «Müsəlman Birliyi» Hərəkatının sədri Tale Bağırzadə və daha 14 nəfər həbs edilib. Həbslər sonrakı günlərdə də davam edib. Həmin vaxt Nardaran küçələrindəki bütün dini şüarlar pozulub.

Prokurorluğun məlumatında bildirilir ki, hazırda «Müsəlman Birliyi» Hərəkatı ilə bağlı olan 68 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa maddələrlə ittiham irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG