Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:57

Nardarandakı həbslərlə bağlı açıqlama- [DIN]


Nardaran (Arxiv)
Nardaran (Arxiv)

►“Nardaranda hər şey qaydasındadır. Hüquq-mühafizə orqanları qəsəbədəki kriminogen duruma tam nəzarət edir.

Sadəcə , Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb”

Bunu APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

Nardaran qəsəbəsi ağsaqqalı Hacıağa Nuri bildirmişdi ki, martın 1-də küçələrə dini şuarlar yazılması səbəbindən 30-a yaxın şəxs saxlanıb. Onlardan 10 nəfərə qədər şəxsə inzibati cəza verilib, qalan saxlananlar sərbəst buraxılıb.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirilib.

Bu əməliyyat nəticəsində 2-si polis, 5-i mülki şəxs olmaqla 7 nəfər həlak olub. «Müsəlman Birliyi» Hərəkatının sədri Tale Bağırzadə və daha 14 nəfər həbs edilib. Həbslər sonrakı günlərdə də davam edib. Həmin vaxt Nardaran küçələrindəki bütün dini şüarlar pozulub.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

Prokurorluğun məlumatında bildirilir ki, hazırda «Müsəlman Birliyi» Hərəkatı ilə bağlı olan 68 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa maddələrlə ittiham irəli sürülüb.

Buna da bax...

Nardaran yoluna qara maskalılar nəzarət edir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

​Nardaranda yoxlamalar (Fotolar)

XS
SM
MD
LG