Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:17

«Nardaran pirinin qaz problemi bu günlərdə həllini tapmalıdır».

Bunu AzadlıqRadiosuna Nardaran ağsaqqallarından Hacıağa Nuri bildirib.

O deyir ki, pir qazı dəniz kənarı ilə gələn xətdən alır: «Amma mənim bildiyimə görə, bu xətt keçən il məlum hadisələrindən sonra işləmir. Amma kəndin icma rəhbəri Musa Rza bu yaxınlarda bildirdi ki, noyabrın 3-dən pirə qaz veriləcək. Orada problem qaz sayğaclarının olmamasındadır. Mənə deyilənə görə, bu gün, həmin sayğaclar qoyulmalı və qaz verilməlidir. Bu il havalar soyuq gəlir, qaz olmasa, pirdə soyuqdan oturmaq olmaz».

İşığa gəlincə, H.Nuri bu məsələdə elə bir problem görmür. Onun deməsinə görə, Nardaranın elektrikə olan borcu silinib və smart-kart sisteminə keçilib: «Nardaranın işığa olan 42 milyon manat borcunu keçən il prezident İlham Əliyev sildi. Maraqlı budur ki, bütün ölkənin elektrik məsrəfinə borcu bundan o qədər də yüksək deyildi... Demək istəyirəm ki, pirin elektrik problemi yoxdur».

Buna da bax-Nardaran artıq Bakının digər qəsəbələrinə bənzəyir

Amma adlarının çəkilməsini istəməyən bəzi kənd sakinləri elektrik məsrəfinə görə borcun onlardan çıxıldığını bildirirlər: «Smart-karta 20 manat yükləyirik, 8 manatı dərhal silinir, qalır 12 manatı, belə bir problem yaşanır».

Nardaran sakinlərinin bu şikayətlərinə, hələlik, «Azərişıq» ASC-dən münasibət almaq mümkün olmayıb.

Ötən il noyabrın 26-də güc orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər qətlə yetirilib. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırov, onun tərəfdarları və bəzi kənd sakinləri həbs edilib. Onlardan rəsmi bilgilərə görə, 70 nəfərdən çoxu hələ də həbsdədir. Onlar qətl və bir sıra ağır cinayətlərdə ittiham olunur. Ancaq təqsirləndirilənlər ittihamları qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG