Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 15:44

►'Nardaran işi'ni unutmayın!'

“Milli Şura dünya ictimaiyyətindən “Müsəlman Birliyi” Hərəkatı təmsilçilərinin və Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının məhkəmə prosesini diqqətlə izləmələrini istəyir”.

Müxalif biliklərdən Milli Şuranın Koordinasiya Mərkəzinin iyulun 3-de keçirilən toplntılarında müzakirə edilən məsələlərlə bağlı yaydıqları məlumatda belə deyilir.Məlumat avqustun 4-də yayılıb.

“İlahiyyatçı Tale Bağırov ifadəsində bildirib ki, “bandotdel”də əvvəlcə ona istintaq tərəfindən Milli Şuraya qarşı iş birliyi təklif edilib. Milli Şura liderləri əleyhinə yalan ifadə verəcəyi təqdirdə ona elan olunmuş ittihamların yüngülləşdiriləcəyi vəd olunub. Tale Bağırov belə bir yalan ifadəni verməkdən imtina etdikdən sonra ona 3 gün ərzində amansız işgəncələr verilib. T.Bağırov ifadəsində bildirib ki, Milli Şura liderləri əleyhinə yalan ifadə verməyi ona “bandotdel”in Terrorla Mübarizə Şöbəsinin rəhbəri təklif edib ”, deyə məlumatda bildirilir.

Buna da bax: Nardaran qarşıdurması (3-cü hissə) - jurnalist araşdırmasının nəticələri

Fuad Qəhrəmanlı

Fuad Qəhrəmanlı

Dövlət qeydiyyatına alınmamış “Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırov və digərlərinin məhkəmə prosesi avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində başlayıb. Təqsirləndirilən şəxslər elə ilk iclasda onlara dözülməz işgəncələr verildiyini, cinayət işinin qurama olduğunu bildiriblər.

Məhkəmə önünə çıxarılan 18 nəfərdən biri - AXCP sədrinin müavini Fuad Qəhrəmanlı istisna olmaqla, digərlərinə qarşı CM-in 20-dən çox maddəsi üzrə ittihamlar irəli sürülüb. Onların arasında qəsdən adamöldürmə, kütləvi iğtişaşların təşkili, terrorçuluq və s. ittihamlar var.

Nardaran qarşıdurması (2-ci hissə) - jurnalist araşdırmasının nəticələri

F.Qəhrəmanlı isə dövlət əleyhinə açıq çağırışlar səsləndirməkdə, milli, irqi, dini nifrət və düşmənçilik salınmasında ittiham olunur.

Taleh Bağırov və tərəfdarları ötən il güc orqanlarının Nardaran qəsəbəsində keçirdikləri əməliyyat zamanı saxlanıblar. Həmin hadisələrdə iksi polis olmaqla ümumilikdə 6 nəfərin öldüyü bildirilir. Taleh Bağırovun bildirməsinə görə, silahları olmayıb və polisləri də onlar öldürməyiblər.

Ancaq həmin əməliyyatı keçirən Daxili İşlər Nazirliyindən və istintaq orqanından, hələlik, məhkəmədə səslənən bu fikirlərə münasibət bildirilməyib.
“Müsəlman Hərəkatı” Birliyinin həmin hadisələr ilə bağlı 70-dən çox üzvünün həbs edildiyi bildirilir. Onlardan başqa bir qrupunun məhkəməsi ayrılıqda keçirilir.

Buna da bax: Nardaran qarşıdurması (1-ci hissə) - jurnalist araşdırmasının nəticələri

Şərhləri göstər

XS
SM
MD
LG