Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

'Nardaran işi'ndə cəmi həbs olunanların siyahısını açıqlandı


Nardaranda əmaliyyat zamanı

Nardaranda əmaliyyat zamanı

“Nardaran işi” üzrə həbslər üç mərhələdə aparılıb”. “Siyasi Məhbuslarsız Azərbaycan” ictimai alyansının araşdırmasında belə deyilir.

Araşdırmada qeyd olunur ki, birinci mərhələ - Nardaran hadisələrinə qədər olan dövrü (5-26 noyabr 2015-ci il) əhatə edib. Həmin mərhələdə “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və Sabunçu polisinin qarşısına toplaşan dindarlar həbs edilib.

İkinci mərhələ noyabrın 26-da polisin Nardaran qəsəbəsində xüsusi əməliyyatını əhatə edir. “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib.

Buna da bax:​ Nardaran işi: ‘Polis işçiləri Mehriban Əliyevaya niyə nalayiq sözlər deyirlər?’’

Üçüncü mərhələ isə noyabrın 26-dan sonrakı dövrü əhatə edir. “Müsəlman Birliyi” Hərəkatının tərəfdarları, Nardaran sakinləri, digər dindarlar, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı həmin dövrdə həbs olunub.

“Nardaran işi” üzrə 200-dən çox adam saxlanılıb. Onların bir hissəsi inzibati cəzalara məruz qalıb, 87 nəfərin barəsində cinayət işi açılıb və onlar həbs olunublar. Onların əksəriyyətinə ifadə almaq üçün ağır işgəncələr veriblər. T.Bağırovdan tələb olunub ki, Nardaranda etiraz mitinqlərinin Demokratik Qüvvələrin Milli Şurası və İranın xüsusi xidməti orqanları tərəfindən təşkil olunduğunu etiraf etsin”, araşdırmada vurğulanır.

Araşdırmaya görə, həbs olunanların əksəriyyəti uzun müddət vəkilsiz qalıb və onlar xarici aləmdən təcrid olunublar.

Buna da bax:​ Leyla Yunus: 'Azərbaycanda küçələrə sizin adlarınızı verəcəklər'

“Bütün bunlar belə güman etməyə əsas verir ki, “Nardaran işi” saxtalaşdırılıb və sifarişlidir. “Nardaran işi” üzrə həbs olunanlar “Taleh Bağırov fenomeninin məhv edilməsi” və etirazların yatırılması məqsədilə planlaşdırılan əməliyyatın qurbanlarıdır. Onlar siyasi məhbus hesab olunurlar. Çünki Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci il 3 oktyabr tarixli qətnaməsinin meyarlarına uyğun gəlirlər. Həmin qətnamədə “siyasi məhbus” anlayışının təyini verilir”, - araşdırmada deyilir.

Hüquq Mühafizə Orqanları isə bildirirdilər ki, “Müsəlman Birliyi” Hərəkatı ilə bağlı 70-dən çox şəxs həbs edilib. Üstəlik, məhkəmədə zərərçəkən kimi ifadə verən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları işgəncə şikayətlərini təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG