Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:22

Təbrizdə “Nardaranla bağlı” etiraz aksiyası olub [Fotolar]


Azərbaycan konsulluğu qarşısında aksiyadan görüntülər. 10 dekabr 2015

Azərbaycan konsulluğu qarşısında aksiyadan görüntülər. 10 dekabr 2015

Təbrizdə Azərbaycan Respublikası konsulluğunun qarşısında “Nardaranda şiələrin öldürülməsinə” etiraz aksiyası keçirilib.

.

İrandan alınan xəbərlərdə deyilir ki, dekabrın 10-da Təbrizdə Azərbaycan Respublikasının konsulluğu qarşısında “Nardaranda şiələrin öldürülməsinə” etiraz olaraq aksiya keçirilib.

Onlarca etirazçı əllərində “Nardaran şəhidləri” kimi plakatlarla Azərbaycan hökumətini ittiham edib.

Yarırəsmi Mehr agentliyi xəbər verir ki, qeyri-mütəşəkkil təsir bağışlayan aksiyada əsasən dini mədrəsələrin tələbələri iştirak ediblər.

Bu da xəbər verilir ki, iştirakçılar aksiyanın sonunda konsulluğun qarşısında “ibadət edib, matəm keçiriblər”.

Azərbaycan hakimiyyətinin verdiyi rəsmi məlumatlarda deyilirdi ki, noyabrın 26-da Nardaranda reyd keçirilərkən iki polis və beş silahlı həlak olub. Rəsmi məlumatda polisin qəsəbədə silah və cinayətkar dəstə olması barədə məlumat aldığı qeyd edilir.

Polis bu reyd zamanı "Müsəlman Birliyi Hərəkatı adlı qeydiyyatsız fəaliyyət göstərən qurumun" rəhbəri Taleh Bağırzadə də daxil bir neçə nəfərin saxlandığını bildirir.

Nardaran reydləri bir qrup İran millət vəkili tərəfindəndə kəskin pislənib.

Təbrizdə keçirilən cümə namazına rəhbərlik edən ayətullah Mohammad Mojtahed Shabestari keçən həftə deyib kİ, Azərbaycan təhlükəszilik qüvvələrinin Nardarandakı hərəkətləri qəbuledilməzdir.

Shabestari Fars xəbər agentliyinə deyib ki, Tehran Azərbaycan Respublikası ilə mehriban qonşuluq münasibətlərinə can atsa da, Bakı Nardaran hadisələrində İranın əlinin olduğunu deyir.

İranın Bakıdakı səfriliyinin dekabrın 1-də verdiyi bəyanatda deyilirdi ki, İran Azərbaycanın daxili işlərinə qarışmır və “Nardaran hadisələrində heç bir rol oynamayıb”.

Təbrizdə Azərbaycan konsulluğu qarşısında etiraz aksiyasından görüntü. 10 dekabr 2015

Təbrizdə Azərbaycan konsulluğu qarşısında etiraz aksiyasından görüntü. 10 dekabr 2015

Təbrizdə Azərbaycan konsulluğu qarşısında etiraz aksiyasından görüntü. 10 dekabr 2015

Təbrizdə Azərbaycan konsulluğu qarşısında etiraz aksiyasından görüntü. 10 dekabr 2015

Şərhləri göstər

XS
SM
MD
LG