Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:38

E. Nalbandian: "Elə bilirlər hər şeyi pulla almaq olar...”


Ermənistanın xarici işlər naziri Edward Nalbandian

Ermənistanın xarici işlər naziri Edward Nalbandian

Ermənistanın xarici işlər naziri deyib ki, hazırda Qərblə Rusiya arasında ixtilaf yaşansa da, həmsədrlər arasında Qarabağ tənzimlənməsinə dair fikir ayrılığı yoxdur

Ermənistanın xarici işlər naziri Edvard Nalbandian Dağlıq Qarabağ və Ukraynanın şərqində - Donbasda münaqişələr barədə fikrilərini açıqlayıb.

Edvard Nalbandian bugünlərdə BBC-nin Rus xidmətinə müsahibəsində bildirib ki, Yerevan müttəfiqi Moskvanın Bakıya silah satmasına normal baxır, hərçənd bu, Ermənistan üçün o qədər də xoşagələn məsələ deyil.

Onların böyük xülyaları budur ki, qaz və neftdən əldə edilən asan pullarla hər şeyi - dostları, münaqişənin onların xeyrinə tənzimlənməsini almaq olar

Edvard Nalbandyan bu müsahibədə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tərəfi olmadığı barədə iddianı təkrar edib.

Bununla yanaşı, Ermənistan naziri diqqəti Azərbaycanın silahlanmasına yönəldib.

O deyib ki, Azərbaycan son on ildə hərbi büdcəsini 30 dəfə artıraraq 5 milyard dollara çatdırıb.

Nazir bildirib ki, bütün dünyada hərbi büdcəsini 30 dəfə artıran ikinci bir ölkə tanımır.

Edvard Nalbandian deyib ki, Azərbaycan keçmişin hadisələrindən ibrət dərsi almayaraq “bütün qırmızı xətləri” keçib.

Neftin asan pulu

Ermənistan naziri Azərbaycanı münaqişə zonası yaxınlığında hərbi manevrlər keçirərək gərginliyi artırmaqda ittiham edib.

“Onların sadəcə olaraq böyük xülyaları budur ki, qaz və neftdən əldə edilən asan pullarla (hərçənd neftin qiyməti indi düşür və bəlkə bu, onları ayıldar) hər şeyi - dostları, münaqişənin onların xeyrinə tənzimlənməsini almaq olar. Amma bu, belə deyil” – deyib Nalbandian.

Əgər onlar Ermənistanın Azərbaycanın yarısını casus saxlamaq qüdrətində olduğunu düşünürlərsə, nə demək olar?

Nazir qeyd edib ki, Azərbaycan hansısa şou tədbirlərinə vəsait xərcləməklə dünyanın diqqətini orada baş verənlərdən yayındırmağa çalışır.

O əlavə edib ki, Azərbaycanda münaqişənin həll edilməsinə tərəfdar olanları həbs edir, Ermənistanın casusu adlandırırlar.

“Əgər onlar Ermənistanın Azərbaycanın yarısını casus saxlamaq qüdrətində olduğunu düşünürlərsə, nə demək olar?” – deyib Nalbandian.

“Dünyada 100 Ermənistan var”

Hazırda Minsk Qrupunun həmsədri olan ölkələr arasında ixtilaf yaşandığı barədə suala cavab verərkən Edvard Nalbandian deyib ki, Dağlıq Qarabağ məsələsində həmsədrlər arasında heç bir fikrir ayrılığı yoxdur.

Ermənistanın Avropa İttifaqı ilə münasibətlərindən danışarkən xarici işlər naziri bildirib ki, ölkəsinin ittifaqın bütün 28 üzvü ilə yaxşı münasibətləri var, çünki bu ölkələrin demək olar hamısında erməni icmaları yaşayır.

“Bizim xalqın üçdə ikisi dünyanın 100 ölkəsində yaşayır, - deyib Nalbandian, - ona görə də Ermənistan coğrafi anlamda təkcə kiçik ölkə deyil. Bütün dünya boyunca səpələnmiş irili-xırdalı yüz Ermənistan var. Bizim üstünlüklərimizdən biri də budur”.

Azərbaycan XİN-dən münasibət

BBC Rus xidməti bu müsahibəyə Azərbaycan XİN-in münasibətini də dərc edib.

Hikmət Hacıyev

Hikmət Hacıyev

Ermənistan xarici işlər nazirinin müsahibəsini şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev yazır ki, Yerevan Dağlıq Qarabağ münaqişəsinin tərəfi olmadığında israr etsə də, orada Ermənistan silahlı qüvvələrinin olması bunun tam əksini və Azərbaycan ərazisinin məhz işğal olunduğunu göstərir.

Adambaşına düşən ÜDM-ə görə Yerevanın hərbi xərcləri Azərbaycandan çoxdur

Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsində ortaq mövqeyə malik olduqlarını təsdiqləyən Hacıyev yazır ki, həmsədrlər hazırkı status kvonu – yəni Ermənistan tərəfindən işğal və təcavüzü qəbul etmirlər.

Hikmət Hacıyev bildirir ki, Ermənistan mövcud beynəlxalq qanunlara görə işğal etdiyi ərazidən çıxmalıdır, beləki BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri də bunu tələb edir.

Sözçü həmçinin bunu da qeyd edir ki, adambaşına düşən ÜDM-ə görə Yerevanın hərbi xərcləri Azərbaycandan çoxdur.

Azərbaycanda insan haqlarına gəlincə isə, sözçü “2008-ci ildə Yerevanda dinc nümayişin güllələnməsini”, milyonadək azərbaycanlı qaçqının insan haqlarının pozulmasını xatırladıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG