Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:18

Naxçıvandan iğdırlıların "cibinə girirlər"


İllüstrasiya
İllüstrasiya

Iğdırda - İran, Ermənistan və Azərbaycanla (Naxçıvan) həmsərhəd kəndlərin sakinləri cib telefonlarının avtomatik olaraq bu ölkələrin GSM şəbəkələrinə bağlanması səbəbindən əməlli-başlı ziyana düşürlər.

Bu haqda CNNTürk xəbər verir.

"25 lirə telefon pulu əvəzinə 250 lirə pulum çıxdı" - deyə yerli sakinlərdən biri gileylənir.

Yerli GSM şirkətlkərinin təmsilçiləri isə sakinlərə məsləhət görürlər ki, cib telefonlarının şəbəkə "mod"larını özləri nizamlasınlar.

Bu bölgədə qonşu ölkələrin mobil telefon şəbəkələrinin siqnalları daha güclü olduğuna görə İşdır kəndlərinin və oraya biznes məqsədilə, yaxud turist kimi gələnlərin telefonları özbaşına "yurtdışı" olur.

Telefonla danışanlar, mesaj atanlar, İnternetə girənlərə ayın sonunda yüksək məbləğdə telefon pulu fakturası gəlir.

Ermənistana bitişik kəndlərdə yaşayanlar "Ermənistana xoş gəldiniz" mesajları gəlir.

Bu mesaj gələn kimi yerli sakinlər xərcə düşəcəklərindən ehtiyatlanıb daha mobil telefondan istifadə etmirlər.

Buna da bax: Azercell-də prezident qızlarının payı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG