Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günü qeyd olunub


Elçibəy ötən sərin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub
Elçibəy ötən sərin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub

İyunun 24-də Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günü qeyd olunub. Bu münasibətlə Elçibəyin siyasi mübarizə yoldaşları onun Fəxri Xiyabandakı abidəsi önündə anım mərasimi keçiriblər. Tədbirdə Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri və İran Azərbaycanından olan nümayəndələr iştirak ediblər.


Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu «Azadlıq» radiosuna bildirib ki, onun partiyasının üzvləri Elçibəyin məzarını iyunun 23-də ziyarət ediblər.


Müsavat başqanı İsa Qəmbər isə Elçibəyin gələn il keçiriləcək 70 illik yubileyinə hazırlaşdıqlarını, bu il isə partiya üzvlərinin fərdi qayda da xiyabana getdiklərini dedi.


Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) iyunun 24-də 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. Ötən sərin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub. O, Xalq Cəbhəsinin sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.


1993-cü ilin iyununda baş vermiş qiyam nəticəsində Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb.


Əbülfəz Elçibəy 2000-ci ilin avqustun 23-də 63 yaşında vəfat edib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG