Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:11

Beynəlxalq Muzeylər Günü qeyd edilir


Milli Azərbaycan Tarix Muzeyi
Milli Azərbaycan Tarix Muzeyi

-

Bu gün- 18 may Beynəlxalq Muzeylər Günüdür.

Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildən qeyd edilir.

Bu bayram, bir qayda olaraq, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir.

Günün əsas məqsədi muzeylərin cəmiyyət həyatında nə qədər önəmli rol oynadığını göstərməkdir.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 14 incəsənət, 7 ədəbiyyat, 12 tarix, 68 tarix-diyarşünaslıq, 5 döyüş şöhrəti, 43 ev, 52 Heydər Əliyev muzeyləridir.

Təkcə işğal ölümmüş Şuşada 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Bülbülün Memorial Muzeyi, Mir Möhsün Nəvvabın Xatirə Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Şuşa Tarix Muzeyi, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, Qurban Primovun Ağdam rayonundakı Xatirə Muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib.

Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombalanması nəticəsində dağıdılıb.

Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində də müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir.

Qədim əsərlərin yığılıb-toplanması əvvəlcə İngiltərədə başlayıb.

Daha sonra Avropanın digər ölkələrində bənzər işlər görülüb.

Əvvəllər muzeylərdən yalnız dövlət rəhbərləri və alimlər faydalana bilirdi. 1850-ci ildən muzeylərdəki əsərləri görmək hər kəsə qismət olub.

18 - may Beynəlxalq Muzey Günü ilə bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Heydər Əliyev mərkəzləri və muzeylərində «Açıq qapı» günü keçirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG