Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:58

Bakıda muzeylərə kimlər gedir?


Azərbaycan Tarix muzeyində eksponat
Azərbaycan Tarix muzeyində eksponat

Azərbaycan Tarix Muzeyində sakitlikdir. Bakının gözəl memarlıq abidələrindən sayılan, milyonçu Hacı Zeynalabdin Tağıyevin üç mərtəbəli mülkündə, xeyriyyəçi milyonçunun adını daşıyan küçədəki muzeyə gələnlər eksponatların qarşısından sükutla keçirlər.

“Bakıdakı muzeylərdən ancaq Tarix Muzeyinə gəlirəm. Çünki tarixə həvəsim var. Baxdım, eksponatlar, şəkillər yaxşıdır, cəlbedicidir”. 28 yaşlı Zamin Cəfərov bu muzeyə tələbəlik illərindən baş çəkir. Universiteti bitirəndən sonra da yolunu Tarix Muzeyindən salır. Deyir, Azərbaycan tarixinin vurğunu olduğundan bu məkan ürəyincədir. Ancaq eksponatların daha zəngin olmasını arzulayır.

Zamin Cəfərov: 'Bakıdakı muzeylərdən ancaq Tarix Muzeyinə gəlirəm. Çünki tarixə həvəsim var'
Gözlə

No media source currently available

0:00 0:00:08 0:00
Direct-ə keçid

Buna da bax:​ Tarix muzeyində Rəsulzadənin nitqi olan monitor

“Muzeyə getmək bahadır”

Ancaq AzadlıqRadiosu-nun “muzeylərə gedirsinizmi” sualını cavablandıran bir neçə Bakı sakini Zamin qədər muzey həvəskarı deyil. Özəlliklə də tələbələr. Kimisə vaxt azlığını və muzeyə girişin bahalığını göstərirlər:

– Ancaq məktəbdə oxuyanda muzeyə getmişəm.

– Bir dəfə muzeyə getmək istədim, bilet baha idi. Ona görə elə qapıdan qayıtdım.

– Yox, getmirəm. Çünki mənə görə Azərbaycanda maraqlı muzey yoxdur.

'Bir dəfə muzeyə getmək istədim, bilet baha idi. Ona görə elə qapıdan qayıtdım'
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00
Direct-ə keçid

– Muzeylər maraqsızdır, ona görə getmirəm. Xarici ölkələrə gedəndə baş çəkirəm. Orda mənə daha maraqlıdır, maraqlı eksponatlar var.

– Muzeyə cavanlıqda çox getmişəm, indi gedə bilmirəm.

– Əvvəllər getmişəm. Ancaq bu son iki ildə yox.

– Vaxtım azdır, ona görə gedə bilmirəm.

– Tələbələrə 2 manatdır. Mənə görə bahadır.

– Bakıda bir neçə ilə öncə Şirvanşahlar Sarayına getmişdim. Mənə çox adi görünmüşdü.

– Özümüzə pul çatdırmaq olmur, muzeyə necə gedək?

– Pulum olsa, gedib dönər alıb yeyərəm, muzeyə niyə gedirəm?

AzadlıqRadiosu əməkdaşının baş çəkdiyi Tarix Muzeyinə də giriş 5 manatdır. Muzey işçilərinin sözlərinə görə, buranın ziyarətçiləri olur. Daha çox gələnlər isə məktəblilər, tələbələr, xarici şirkətlərin əməkdaşlarıdır.

Nailə Vəlixanlı: 'Təkcə məktəblilər deyil. Yaşlılar da, tələbələr də gəlir. Bu il çoxlu xarici qonaqlar gəlir'
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00
Direct-ə keçid

Buna da bax:​ Azərbaycan muzeyləri qiymətli eksponatlarını itirə bilər

Tarix Muzeyini də digər muzeylər kimi dövlət maliyyələşdirir. Muzey Milli Elmlər Akademiyasının balansındadır, binası 1895-1897-ci illərdə tikilib. Sovet hökuməti binanı milyonçu H.Z. Tağıyevin əlindən alandan sonra muzeyə çevrilib. Qədim dövrlərdən başlayaraq, Azərbaycan tarixinin bütün mərhələlərini əks etdirir. 2000-ci illərdə bina bərbad duruma düşüb. 2004-cü ildən əsaslı təmiri başlanıb və 2007-ci ildə yeni görkəmdə açılışı olub.

Nailə Vəlixanlı
Nailə Vəlixanlı

Muzeyi dövlət dolandırır

Muzeyin direktoru Nailə Vəlixanlı deyir ki, muzeyə gələnlər olsa da, bilet satılsa da, dövlətin qayğısı olmasa, muzey özünü dolandıra bilməz:

“Ola bilər ki, muzeyə bir gün, məsələn, 15 adam gəlsin, o biri gün 200 adam gəlsin. Gələnlərsə təkcə məktəblilər deyil. Yaşlılar da, tələbələr də gəlir. Son illərdə, xüsusilə, bu il çoxlu xarici qonaqlar gəlir. Biz də çalışırıq ki, tariximizi onlara olduğu kimi çatdıraq. Çoxu muzeyi böyük məmnunluq hissi ilə tərk edir. Bütün xərclərimiz dövlət tərəfindən ödənilir. Bilet satışı bizim hesaba gedir. Ancaq o, heç vaxt muzeyin tələblərini ödəyə bilmir. Muzeyin əsas dolanışığı yenə də dövlətdəndir. Müstəqillik illərindən burda çalışıram. Dövlətin qayğısı ildən-ilə artır. Prezidentin Ehtiyat Fondundan da muzeyimizə artıq üç dəfə, hər dəfə 1 milyon olmaqla, yeni tarixi eksponatların alınması, köhnələrin bərpasına pul ayrılıb”.

Buna da bax:​ Milli Azərbaycan Tarixi Muzeyi 95 yaşını qeyd edir

“Bu yenidənqurma işlərindən cəmiyyətin nə qədər xəbəri var”

Ziyadxan Əliyev: 'Muzeyinə gəldikdə, həmişə arzulamışam ki, Tağıyevin evi onun malikanəsi kimi fəaliyyət göstərsin'
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00
Direct-ə keçid

Uzun illər Bakıdakı muzeylərdə çalışmış sənətşünas Ziyadxan Əliyev deyir ki, Azərbaycandakı muzeylərdə məbləği açıqlanmayan təmir işləri görülür, ancaq şəffaflıq yoxdur. Sənətşünas Tarix Muzeyinin milyonçu Tağıyevin mülkü kimi fəaliyyət göstərməsini arzulayır:

“İndiki şəraitdə xərclər ən çox elə bu tikinti-yenidənqurma işlərinə ayrılır. Bu tikintilərdən cəmiyyətin nə qədər xəbəri var, onu deyə bilmərəm. Düşünürəm ki, indiki halda bu tikintilər müəyyən məqsədlərə də xidmət edir. Tarix Muzeyinə gəldikdə, həmişə arzulamışam ki, Tağıyevin evi onun malikanəsi kimi fəaliyyət göstərsin. Bir çox ölkələrdə zadəganların, milordların malikanələri qorunub saxlanılır. Bura gələnlər də görsünlər ki, azərbaycanlı kişisi 19-cu əsrin axırı, 20-ci əsrin əvvəlində necə yaşayıb. Düzdür, muzeydə ona aid bir neçə otaq var. Ancaq bütövlükdə evinə çevirmək olardı”.

Azerbaijan History museum, exhibit. 4nov.2016
Azerbaijan History museum, exhibit. 4nov.2016

Sənətşünasın sözlərinə görə, arada açıq qapı günləri keçirilməsinə baxmayaraq, muzeylərə giriş bahadır. Adamları muzeylərə cəlb etmək üçün düzgün ekspozisiya siyasəti aparılmır:

“Bundan ötrü maraqlı eksponatlar toplanmalı, maraqlı formalar tapılmalıdır. O yoxdur. Bizdə reklam işi ancaq ərzaq mallarına və evlərin tikintisi aiddir. Ancaq muzeylərlə bağlı yox dərəcəsindədir”.

Buna da bax:​ Milli Tarix Muzeyində «1-ci Dünya müharibəsi» başlayıb

“Bütün eksponatlar qiymətlidir”

Nailə Vəlixanlı: 'Prezidentin Ehtiyat Fondundan muzeyə 3 dəfə, hər dəfə 1 milyon olmaqla, pul ayrılıb”'
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00
Direct-ə keçid

Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı isə söyləyir ki, muzeydəki hər bir eksponat qiymətli və cəlbedicidir:

“Arxeoloji, etnoqrafik materiallar var. 400 min il öncəyə aid çox qiymətli Azıxantropun çənə sümüyü, müxtəlif sənətkarlıq əsərləri, 2400 il öncəyə aid uşaq oyuncaqları var. Onlara baxanda qəribə hisslər keçirisən. Ən qədim daşdan düzəldilmiş tütək də burdadır. Hər bir eksponat bizim üçün qiymətlidir”.

Tarix Muzeyinə giriş böyüklərə 5, tələbələrə 2 manatdır. Güzəştli kateqoriya (əsgərlər, müharibə veteranları, şəhid ailələri) 50 qəpik ödəyir. Uşaq evlərindən, internat məktəblərindən gələnlər üçün qiymət 20 qəpikdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG