Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:15

Müxalifətdən Əli Həsənova cavab: "Hanı o analoqu olmayan..."


Divarın arxasında. Gündüz Ağayevin karikaturası

Divarın arxasında. Gündüz Ağayevin karikaturası

►“Bölgələrdəki etiraz aksiyalarını müxalifətin üstünə atmaq yox, islahatlara başlamaq lazımdır”

“Bölgələrdə keçirilən aksiyalarda Xalq Cəbhəsi Partiyasının heç bir rolu olmayıb, bu, sübut olunmayıb da. Azərbaycan hakimiyyəti əhalinin narazılığını növbəti dəfə müxalifətin üzərinə yönəltmək istəyir”.

Bunu AXCP sədrinin müavini Gözəl Bayramlı prezidentin köməkçisi Əli Həsənovun “bölgələrdəki aksiyaları müxalifət təşkil etmişdi” fikrinə münasibət bildirərkən deyib.

Gözəl Bayramlı

Gözəl Bayramlı

Gözəl Bayramlı söyləyir ki, bölgələrdəki etirazlar müxalifət tərəfindən yox, narazı əhali tərəfindən təşkil olunmuşdu:

“Hamı çox yaxşı bilir ki, bu narazılıq devalvasiya, bahalanma, hər gün artan işsizliklə bağlıdır. İnsanlar dolana bilmir. Mən bölgələrlə əlaqəsi olan, tez-tez gedib-gələn adamam. İnsanların vəziyyəti çox ağırdır. Azərbaycan hakimiyyəti insanların narazılığının səbəblərini öyrənib tədbir görmək əvəzinə, aksiyaları müxalifətin üstünə atr. İnsanlar öz narazılıqlarını mitinqlə ifadə edib. Hakimiyyət isə günahını etiraf etmək əvəzinə növbəti dəfə müxalifəti qaralayır”.

Buna da bax: İslamçı fəal həbs olundu

“İslahatlara başlanmalıdır”

Arif Hacılı

Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı soruşur ki, hakimiyyətin həmişə haqqında danışdığı "analoqu olmayan inkişaf" hardadı? O deyir ki, hakimiyyət müxalifəti ittiham etməkdənsə, islahatlar keçirsə, daha yaxşı olar:

“Ölkədə 2 milyon 532 min kredit borcu olan vətəndaş var. Azərbaycan ən aşağı pensiya, ən aşağı əmək haqqı olan ölkələr sırasındadır. Baş verən etiraz aksiyalarına deyil, bu aksiyaların bütün respublikanı bürüməməsinə, daha geniş miqyasda etirazların olmamasına təəccüblənmək lazımdır. Aksiyaların geniş miqyas almamasının səbəbi isə hakimiyyətin repressiv tədbirləri ilə bağlıdır. Ancaq bu yolla ölkəni indiki ağır vəziyyətdən, ağır iqtisadi böhradan çıxartmaq mümkün deyil. Ona görə də hakimiyyət dairələri böhranın, narazılığın olmadığını, ayrı-ayrı aksiyaların guya müxalifət tərəfindən təşkil edildiyi bəyan etməkdənsə, böhrandan ən az itkilərlə çıxmaq haqda dşünməli, islahatlara başlamalıdır”.

Əli Həsənov etirazlarda sosial şəbəkələrin, saytlarınrolundan da danışıb. Deyib ki, onlara qarşı həm qanunvericilik qaydasında, həm də praktiki sahədə bir sıra addımlar atıla bilər.

Buna da bax: Araz Ağalarov "krallar" siyahısında 7-cidir

“Bundan artıq nə ola bilər?”

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli isə bildirir ki, Azərbaycanda baş verən iqtisadi böhranın, maliyyə problemlərinin səbəbi sosial şəbəkələr yox, real iqtisadiyyatın qurulmaması, neft gəlirlərindən asılılıq idi:

“Neft gəlirləri azaldı və bu proses baş verdi. Faktiki olaraq, bu gün dünyanın, xüsusilə Avropanın inkişaf etmiş ölkələrində olmayan müddəalar bizim qanunvericiliyə gətirilib. Hətta internet üzərindən yayılan informasiyalara görə Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulub. Bu baxımdan, bundan artıq nə ola bilər? Qanunverciliyin dəyişikliyi, yaxud da məhdudlaşdırıcı normalar, hətta internetin qadağan olunması problemi daha da dərinləşdirər, nəinki düzəldər. Ona görə də istənilən yanlış addım cəmiyyətin və ölkənin xeyrinə ola bilməz. Proseslərdən doğru nəticə çıxarmaq, doğru tədbirlər seçmək lazımdır. Əks halda, heç bir təhdid, qorxu prosesi düzəltmir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG