Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:09

Azərbaycan müxalifətinin antireferendum planları


Müxalifətin aksiyası, 5 aprel, 2015
Müxalifətin aksiyası, 5 aprel, 2015

Müxalifət partiyaları sentyabrın 26-da səsverməyə çıxarılacaq Referendum Aktına «yox» deyəcək, amma... ayrı ayrılıqda.

Azərbaycanda keçiriləcək Referendum Aktına «yox» deməyi planlaşdıran müxalifət partiyaları əməli fəaliyyətə başlayır. Bir partiya təşəbbüs qrupu yaratmaq üçün imza toplayır, o birisi mitinq keçirmək barədə düşünür və s...

Buna da bax: Sentyabrın 3-də təşviqat kampaniyası başlayır

İstər-istəməz, bir sual ortaya çıxır: Ölkədəki aparıcı müxalifət partiyaları Referendum Aktı ilə bağlı birgə işləmək istəyirlər, yoxsa, ayrı-ayrılıqda mübarizəyə üstünlük verəcəklər? «Referendumla bağlı müxalifətin əməkdaşlıq mərkəzi yarana bilərmi» sualı da aktual görünür.

Buna da bax: Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq

Sualı cavablayan REAL-çı Azər Qasımlı həm Müsavat, həm də AXCP ilə birgə əməkdaşlıq etmək istədiklərini deyir. Onun sözlərinə görə, REAL müxalifətin əməkdaşlıq mərkəzinin yaranmasını və əsas müxalif siyasi güclərin orada təmsil olunmasını istərdi: «Həm Müsavatla, həm də AXCP ilə məsləhətləşmələr olub, ancaq hələ ki, qərar qəbul edilməyib».

Buna da bax: 'Yayda kampaniya aparılması absurddur'

«İki partiya dil tapa bilmir»

Referendumla bağlı müxalifətin əməkdaşlıq mərkəzi yarana bilərmi?

Azər Qasımlı belə bir əməkdaşlığın olacağına çox da ümid bəsləmir və bunun AXCP və Müsavat arasındakı soyuq münasibətdən qaynaqlandığını söyləyir. Onun fikrincə, sözügedən partiyalar bir-birilə dil tapa bilmir: «Bizim hər iki partiya ilə münasibətlərimiz normaldır. Fikirləşirik ki, bütün siyasi qüvvələr bir araya gəlib, birgə mübarizə aparsalar, daha məqsədəuyğun olar».

Buna da bax: Rüstəm İbrahimbəyov referendumdan yazdı: "Monqol-tatar..."

İkitərəfli əməkdaşlığı mümkün saymayan REAL funksionerinin qənaətincə, belə əməkdaşlıq elə də səmərə verməyəcək, «axı ya hamı birlikdə çalışmalıdır, ya da hərə ayrılıqda. REAL bir siyasi qurum kimi, artıq təşəbbüs qrupu yaratmaq üçün imza toplamağa başlayıb. İki min imza toplayıb, Mərkəzi Seçki Komissiyasına (MSK-ya) təqdim edəndən sonra imza vərəqələrini götürərək, 40 min imza toplamağa çalışacağıq».

Buna da bax: "Əli və Nino" bunu təbliğ edib - "Biz respublikaçıyıq, monarxist deyilik"

«Ortalıqda dağınıq mübarizə var»

Müsavat Partiyası da təşəbbüs qrupu yaratmağa qərar verib. Artıq bölgələrdə ilkin təşəbbüs qrupları yaradılır. Partiya başqanının müavini Elman Fəttah AzadlıqRadiosu-na deyir ki, birgə mübarizə məqsədilə bir çox siyasi qurumla məsləhətləşmələr aparırlar, amma hələ ortada nəticə yoxdur: «AXCP, REAL, Nida, D18 gənclər hərəkatları ilə danışıqlar aparırıq».

Elman Fəttah təəssüflənir ki, müxalifətin mərkəzləşdirilmiş mübarizə müstəvisini referendumla bağlı təkliflər açıqlanınca formalaşdırmaq mümkün olmadı: «Ancaq proses davam edir, biz müxalifətin vahid mərkəzinin yaradılmasını istəyirik».

2000 imza toplayıb, MSK-ya təqdim edəndən sonra imza vərəqələrini götürüb, 40 min imza toplamaq lazımdır...

Başqan müavini ayrı-ayrı müxalif siyasi qüvvələrin antireferendum təbliğatını necə aparmaq istədiklərdən xəbərdardırlar: «Mətbuatdan oxuyuruq ki, AXCP mitinqlər barədə düşünür, REAL təşəbbüs qrupu yaratmaq istəyir. Antireferendum mübarizəsi gedir, ancaq pərakəndə halda gedir».

«Yekun qərarlar Milli Şurada veriləcək»

AXCP gənclər təşkilatının sədri İlham Hüseynin sözlərinə görə, yekun qərarlar Milli Şurada veriləcək. O, ilkin müzakirələrdə hər hansı digər siyasi qüvvə ilə əməkdaşlığın nəzərdə tutulmadığını, daha çox etiraz mitinqləri keçirmək barədə məsləhətləşdiklərini söyləyir.

Buna da bax: YAP icra katibi: 'Şah İsmayıl Xətai 14 yaşında dövlət başına keçib'

İlham Hüseyn təşəbbüs qrupunun yaradılması ilə bağlı ortada hər hansı qərarın olmadığını da sözlərinə əlavə edir.

MSK deyir ki...

MSK katibi Natiq Məmmədov bir neçə gün əvvəl – AzadlıqRadiosu-na açıqlamasında bildirmişdi ki, referendumun lehinə və əleyhinə təbliğat aparmaq istəyən qüvvələr təşviqat qrupları yaratmalıdır. Ölkəboyu təbliğat aparmaq yetkisi olan təşviqat qrupunun yaradılmasına, ən azı, 2 min imza tələb olunur və 40 min imza toplaya bilən təşviqat qrupu İctimai Televiziyada pulsuz efirlə təmin edilir.

YAP, Müsavat və REAL referendumla bağlı təşviqat qrupu çərçivəsində təbliğat və antitəbliğat aparmaq istədiklərini açıqlayıblar.

Bunlara da bax:

Hüquqşünas: "Həmin hakimlər monarxiyanı qanuniləşdirdilər"
Gözlə

No media source currently available

0:00 0:14:47 0:00

Konstitutsiyaya dəyişikliklə bağlı aktda nədən söhbət gedir?
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG