Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:51

Arif Hacılı Bakı polisində olub


Bakı polisinə çağrılan Müsavat başqanı: Bizə təkliflər verdilər
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Arif Hacılı

«Sentyabrın 8-i Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Təhlükəsizlik bölməsinin rəisi Nuralla Məmmədxanovla görüşdüm».

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının başqanı Arif Hacılı görüşdən sonra verdiyi açıqlamada bildirib.

A.Hacılının deməsinə görə, N.Məmmədxanov bildirib ki, onlarda Müsavat Partiyasının şəhərin ayrı-ayrı yerlərində piketlər təşkil edərək polislə süni toqquşma yaradacağı haqqında məlumatlar daxil olub: «Mən də dedim ki, bu, ümumiyyətlə, Müsavat Partiyasının fəaliyyətinə xas deyil. Partiya olaraq qanunlara daim sayğı ilə yanaşmışıq. Bütün fəaliyyətimizdə də buna əməl etmişik, bundan sonra da əməl edəcəyik».

Buna da bax-Mitinqlər: Müxalifətin gücü? Acizliyi?

A.Hacılı deyib ki, polis məmuru belə halların aksiya keçirilməsi nəzərdə tutulan məkanda da ola biləcəyini dilə gətirib: «Biz də buna cavab olaraq bildirdik ki, aksiya təşkilatçıları da asayişin qorunmasında, hər hansı insidentin baş verməməsində maraqlıdır. Burada belə insidentlər olarsa, qarşısını birgə almaqda maraqlıyıq».

A.Hacılı vurğulayıb ki, N.Məmmədxanov aksiyaya icazə verilməyəcəyi ilə bağlı heç bir ifadə işlətməyib.

Müsavat Partiyası sentyabrın 18-də Konstitusiyaya dəyişikliklərə etiraz olaraq mitinq keçirməyi planlaşdırır.

Bundan əvvəl - sentyabrın 11-də isə Milli Şuranın eyni məqsədlə mitinq keçirəcəyi gözlənilir. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti, hələ ki, onların müraciətinə cavab verməyib.

Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG