Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:36

Krım tatarlarının lideri Mustafa Cemilevin Saxarov mükafata namizədliyi verilib.

Onun namizədliyini çərşənbə axşamı Avropa Parlamentində ən iri fraksiya hesab olunan mühavizəkarlar və islahatçılar bloku irəli sürüb.

Qərarı “Avropa xalq partiyası” da dəstəkləyib.

Qalib oktyabrın 27-də Avropa parlamentində keçiriləcək səsvermədə bəlli olacaq.

Ukrayna Ali Radasının deputatı və Krım Tatarları məclisinin keçmiş rəhbəri Mustafa Cemilev Rusiyanın Krımı ilhaq eləməsinə qarşı çıxır.

Buna görə onun yarımadaya girməsi və rəhbərlik etdiyi məclis qadağan edilib.

Avropa parlamenti bu mükafatı 1988-ci ildə təsis edib, əsasən insan haqları və əsas azadlıqların müdafiəsi sahəsində göstərilən mübariz işə görə verilir.

Bu Avropa Parlamentinin insan haqlarının müdafiəsi sahəsində ən böyük mükafatı hesab olunur.

Mükafatın dəyəri 50 min avrodur.

Günün bütün mövzuları

XS
SM
MD
LG