Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:01

Qalan ömrünü qarısıyla rahat yaşamaq istəyən veteran


Müharibə veteranı Qiyas Vəliyev
Müharibə veteranı Qiyas Vəliyev

“Cəbhədə savaşmadığım xətt olmayıb, Voronej, Stalinqrad... Sonra yaralandım. Özüm də birinci qrup əliləm. Ancaq indi bizə baxan yoxdur. 330 manat təqaüd alıram, evim yoxdur. Gah oğlumun yanında yaşayıram, gah da qızımın. Nə qaz pulu verə bilirəm, nə işıq pulu. Ev üçün nə qədər müraciət edirəm, heç kim baxmır. Prezidentə də yazdım ki, mənə ev lazımdır, öz evimdə yaşamaq istəyirəm”.

İkinci Dünya Müharibəsi veteranı Qiyas Vəliyev deyir, ahıl yaşında məmur qapılarına düşüb. Haqqını – müharibə veteranı kimi ona düşən ev və maşını almaqdan ötrü illərdir mübarizə aparır. Ancaq hələ istəyinə çatmayıb.

Buna da bax:​ Çörəyi nisyə alan müharibə veteranı

Qəbula gələnlər
Qəbula gələnlər

Qəbuldan çıxanlar elə də ümidli görünmürlər

Oktyabrın 18-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Səlim Müslümovun qəbul günüdür. Hava yağışlı olsa da, şikayətçilər ikibir, üçbir qəbul otağına girib-çıxır. Qəbula girənlər nə qədər ümidlidirsə, çıxanlar elə görünmürlər:

'Neçə vaxtdır sosial yardım üçün gəlirəm, Hələ ki, get-gəldəyəm'
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00
Direct-ə keçid

– Yardım üçün müraciət elədim, dedilər, “get, sənədlərini topla, gəl, sonra baxaq”.

– Oğlumu işə düzəltməkdən ötrü gəlmişdim. Dedilər, düzələndə xəbər verəcəklər.

– Başqa şey istəmirəm, uşaqlarımın haqqı olan sosial yardımın verilməsini istəyirəm. Neçə vaxtdır sosial yardım üçün gəlirəm, rayondan dedilər, “nazirliyə get, burdan da rayona göndərirlər. Hələ ki, get-gəldəyəm...

Bu şikayətçilər nazirin qəbuluna gəlsələr də, onları başqa vəzifəlilərin qəbul etdiyini deyirlər. Şikayətçilərin bir hissəsi isə nazirin qəbuluna düşmək ümidiylə günortadan sonranı gözləyirdi.

Buna da bax:​ 92 yaşlı veteran Qarabağın azadlığını görmək istəyir

“Kredit götürmüşəm, ödəyə bilmirəm” kimi məsələyə baxmırıq”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Əjdər Cəbiyev deyir ki, qəbullar heç vaxt ertələnmir. Bu, nadir hallarda baş verir və bu zaman da qəbul günü dəyişə bilər. Müraciət edənləri nazir özü də, qurumun digər yetkililəri də qəbul edir. Şikayətlərsə daha çox əlillik, sosial yardımlar, işə düzəlməklə bağlı olur:

Əjdər Cəbiyev: 'Müraciət edənləri nazir özü də, qurumun digər yetkililəri də qəbul edir'
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00
Direct-ə keçid

“Nazirliyin ilin əvvəlindən təsdiqlənmiş qrafiki var. Nazirin, nazir müavinlərinin, Aparat rəhbərinin, şöbə müdirlərinin, xidmət rəislərinin hamısının qəbul günləri və saatları var. Hər həftənin ikinci günü saat 11-də nazirin qəbuludur. Qəbulda iştirak edənlərin sayından asılı olaraq, müddət uzanır. Məsələn, bu gün qəbul fasiləyə qədər uzanıb. Qəbullar mütəmadi keçirilir, vətəndaşların müraciətlərinə baxılır və maksimum həll olunur. Şikayətçinin qaldırdığı məsələ bizim nazirliyə aid deyilsə, uyğun nazirliklərə yazılı müraciət edib yönəldirik”.

Əjdər Cəbiyev deyir ki, vətəndaşların narazılıqları, əsasən, mənzil məsələləri, bərpa və istirahət mərkəzlərinə göndərilməklə bağlı olur: “Çalışıb hamısını həll edirik. Ancaq məsələn, “kredit götürmüşəm, ödəyə bilmirəm” kimi məsələni, əlbəttə, həll edə bilmərik. Çünki səlahiyyətimizdən kənardır”.

Buna da bax:​ Qarabağ veteranının 3 kredit borcu var

“Əlçatan olmalıdır”

Hüquqşünas Bəhruz Kərimovun sözlərinə görə, indi müraciətlər iki formada edilir – gedib qəbula yazılanlar da olur, elektron hökumət vasitəsiylə, canlı təmassız da müraciət edilir. Hüquqşünasın fikrincə, vətəndaşların müraciətlərinə baxılması mexanizmi əlçatan olmalıdır. “Vətəndaşları səlahiyyəti olan şəxslər qəbul edib müraciətlərinə baxmalıdır”.

Bəhruz Kərimov: 'İndi müraciətlər iki formada edilir: gedib qəbula yazılanlar və elektron hökumət vasitəsiylə'
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00
Direct-ə keçid

Müharibə veteranı Qiyas kişini isə Binəqədi rayon icra hakimiyyətinə göndəriblər. Nazirliyin rəsmisi Əjdər Cəbiyev də deyir ki, veteranın problemi rayon icra hakimiyyətində həll olunmalıdır. Çünki indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ancaq Qarabağ müharibəsi əlilləri və ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların ailələrinin mənzillə bağlı müraciətlərinə baxılır. Maşına görəsə, Qiyas kişi növbəyə yazılmalıdır.

Veteran: 'Mənə ev lazımdır, öz evimdə yaşamaq istəyirəm'
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Yaşlı müharibə veteranısa deyir ki, ona maşından çox, qalan ömrünü qarısıyla rahat yaşamağa mənzil gərəkdir...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG