Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 02:20

►“Musiqi mədəniyyəti otağı” yenidən quruldu

Milli Tarix Muzeyində qurulan otaqda nadir tərtibatı ilə seçilən və üzərində “Şuşa, 1881” yazılmış XIX əsrə aid kamança da var

Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “XIX- XX əsrin əvvəllərində Azərbaycanın musiqi mədəniyyəti” bölməsi yenidən qurulub.

Muzeyin elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədovun AzadlıqRadiosuna verdiyi xəbərə görə, bölmədə qurulmuş 3 vitrində 28 eksponat, 1 rəsm əsərinin surəti, çoxlu sayda tarixi fotoşəkillər, eləcə də, 11 informasiya-məlumat paneli yerləşdirilib.

Buna da bax: Tarix muzeyində Rəsulzadənin nitqi olan monitor

Eksponatlar sırasında vaxtilə görkəmli musiqiçilərə məxsus olmuş alətlər var.

Xanəndə Cabbar Qaryağdıoğluna (1861-1944) məxsus olmuş qaval, 1887-ci ildə, İranın Rəşt şəhərində keçirilən muğam müsabiqəsində qalib gəlmiş tarzən Mirzə Fərəc Rzayevə (1847-1927) hədiyyə olaraq verilmiş tar, tar ifaçısı və musiqi xadimi Süleyman Mansurova (1872- 1955) məxsus olmuş tar, aşıq Aşıq Hüseyn Bozalqanlıya (1868-1941) məxsus olmuş saz, tar ifaçısı və musiqi xadimi Əhməd ağa Bakıxanova (1892- 1973) məxsus olmuş tütək, maarifçi və ədib Mərzə Fətəli Axundova məxsus olmuş balaban, bəstəkar Zülfüqar Hacıbəyova məxsus olmuş kamança xüsusi maraq doğurur.

Burada nadir tərtibatı ilə seçilən və XIX əsrə aid kamança (üzərində “Şuşa, 1881” yazısı ilə), səntur simli alətlər, tütək, tütək-ney, zurna, yastıbalaban, ney nəfəs alətləri, qaval, nağara, qoşa-nağara, dümbək zərb alətlərii də təqdim edilir.

Unikal eksponatlardan biri tanınmış tarzən Qurban Primova məxsus olmuş qrammofondur.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Bu qrammofon Q. Primovun rəhbərlik etdiyi ansamblın ifasında Azərbaycan mahnılarının qrammofon valına yazılması münasibətilə Varşavanın “Sport-Records” şirkəti tərəfindən ona hədiyyə olunub.

XIX əsrin sonu- XX əsrin əvvəllərinə aid edilən və Azərbaycan mahnıları yazılmış qrammofon valları da xüsusi maraq doğurur.

Bu dövrə aid çoxsaylı fotolarda (onların böyüdülmüş surətləri ekspozisiyada təqdim edilir) dövrün Azərbaycan ansamblları, musiqi alətləri, görkəmli musiqişünasları əks olunub.

Bölmənin informasiya- məlumat panellərində bütün məlumatlar üç dildə: azərbaycan, rus və ingilis dillərində təqdim edilir.

Bu ilin sonunadək daimi ekspozisiyanın “XIX- XX əsrin əvvəllərində Azərbaycanda təhsil, elm və mədəniyyət” bölməsinin də yenidən qurulması planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG