Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:16

Müsəlmanlar və halal kəsilən heyvanların iniltisi...


Kəsimə aparılan heyvan
Kəsimə aparılan heyvan

Britaniya qəzetlərində “Müsəlmanların inilti barədə məlumatsız olduğundan, heyvanlar ağrı içində ölür", “Halal yolla kəsilən heyvanlar can verərək ölürlər, çünki müsəlmanlar inilti barədə məlumatsızdırlar" kimi xəbər başlıqlarına rast gəlinir.

Mütəxəssislər bu fikirdə deyil

Ancaq mütəxəssislər heç vaxt "müsəlmanların məlumatsızlığı" ifadəsini işlətmədiklərini deyirlər. Üstəlik, onlar bu ifadəni "təhqiramiz" sayır, belə başlıqlardan yararlanan qəzetləri tənqid edirlər.

Bristol Universitetinin baytarlıq məktəbinin tədqiqatçıları İslam alimləri ilə adi müsəlmanlar arasında inildəyən heyvanlara münasibətlə bağlı sorğu keçiriblər.

Buna da bax:​ Sonuncu “halal” Qurban

Rəyi soruşulan İslam alimlərinin 95 faizi deyib ki, halal qida qaydalarında inildəyən heyvanın öldürülməsi qadağan edilsəydi, onlar buna uyğun davranardılar. Ancaq onlar bunu da bildiriblər ki, ətin halal olmasından ötrü heyvanı kəsməzdən əvvəl və kəsmə zamanı ona rəhmlə yanaşılmalı və heyvanın ölənədək qanı axmalıdır.

Nədənsə "The Times" və "The Daily Mail"…

“Belə alimlər təcili şəkildə inilti və... başqa müasir heyvankəsmə üsulları barədə nəzəri və praktik təhsil almalıdırlar. Bu, onlara həmin üsulların halal qida istehsalına uyğun gəlib-gəlmədiyinə dair məlumatlı qərar verməyə kömək edəcək". "Meat Science" jurnalında dərc edilmiş yazıda belə deyilir.

Ancaq nədənsə "The Times" və "The Daily Mail" qəzetləri bundan "müsəlmanların savadsızlığı" və “heyvanları gərəksiz yerə ağrı içində öldürmələri” nəticələrini çıxarıblar.

Buna da bax:​ Sufi islam bütün dərdlərə çarə ola bilərmi?

Tədqiqatçılardan biri "The Independent"ə "müsəlmanların məlumatsızlığı" ifadəsinin "müsəlmanlara qarşı təhqir" olduğunu və alimlərin işi barədə yanlış məlumat verdiyini bildirib:

“Siz qeyri-müsəlman əhali arasında bənzər sorğu keçirsəydiniz, buna çox bənzəyən bir nəticə alardınız".

Hansı daha rəhmli üsuldur?

Bəzi müsəlman alimlər heyvanların halal yolla kəsilməsinin onların sənaye üsulu ilə öldürülməsindən daha rəhmli üsul olduğunu iddia edir.

Bu da var ki, “halal qəssabxanaları”nda da heyvanlara qəddar münasibət halları qeydə alınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG