Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:32

Donald Trump müsəlmanların ABŞ-a girişini yasaqlamağı təklif edəndə, onun vitse-prezidentliyə namizədi Mike Pence bunu "alçaldıcı və qeyri-konstitusion" adlandırmışdı.

Üç uşaq anası, 40 yaşlı Dilshad Ali nə Trump bu təklifi edərkən, nə məscidlərə göz qoyulmasını istərkən, nə də seçki kampaniyası boyunca qorxub.

Seçki günü məntəqədə maşınına Trumpa dəstək kağızı yapışdırmış qonşuları da onu mehribanca salamlayıblar.

Buna da bax:​ Trampın qələbəsindən sonra şoka düşən dünya bazarı dirçəlir

“Sanki mənim əleyhimə səs vermişdilər”

Dilshad Ali, dini və ruhani məsələlərə həsr olunmuş “Patheos” saytının redaktoru kimi, müsəlmanların təlaşına dair çox məqalə üzərində işləsə də, şəxsən bu qorxunu yaşamamışdı. Çərşənbə səhərinədək:

"Bu gün oyananda, nəhayət, bunu yaşadım. Mən bunu şəxsi sandım, sanki mənim əleyhimə səs vermişdilər".

Amerika - İslam Münasibətləri Şurasının (CAIR) sorğu nəticələrinə görə, hər 10 müsəlmandan 7-si demokratların namizədi Hillary Clinton-a səs verəcəyini demişdi. Cəmi 4 faiz Trump-a səs verəcəyini söyləmişdi.

Bəzi müsəlmanlar Trump-ın seçilməsini xəyanət saydılar. Sanki ölkənin yarısı onlara arxa çevirib.

Buna da bax: Avropa Birliyi Trampdan cavab gözləyir

“Şok!.. Əsl şok…”

"Ən qorxulu yuxumuz ötən gecə çin oldu", - yazıçı və xarici siyasət təhlilçisi Wardah Khalid belə deyir və sözünü tamamlayır:

"Öz seçki platformasını cahillik, qadınlara nifrət, müsəlmanları və azlıqları susdurmaq üzərində quran adam ölkənin ən yüksək vəzifəsini qazandı".

"Şok!.. Əsl şok… Hamımız, doğrudan da, qorxuruq. Mən hicablı arvadımın, küçədə uşaqlarımın, nə baş verdiyini anlamağa çətinlik çəkən azlıqların güvəndə olub-olmayacağından qorxuram", - Memfisli tanınmış alim Yasir Qadhi belə deyir. Çoxları kimi o da Clinton-un prezident seçiləcəyini gözləyirdi.

"Bəzi müsəlmanlar uşaqlarının məktəbdə təzyiqlərə məruz qalacağından qorxurlar. Çünki Trump-ın qələbəsi ölkədə islamofobiyanın aparıcı xəttə çevrilməsini körüklədi. Bəzi qadınlar ictimai yerlərdə başlarını bağlamaqdan çəkinirlər", - texaslı hüquq professoru Sahar Aziz-in sözləridir.

Müsəlmanların bir qismi Trump-ın Ədliyyə Departamentində və digər agentliklərdəki aparıcı vəzifələrə antimüsəlman fəalları yerləşdirəcəyindən qorxur.

Buna da bax:​ Clinton: 'Trump-a şans verək'

Nikbin müsəlmanlar

ABŞ-ın ilk akkreditasiya keçmiş müsəlman kolleci sayılan Zaytuna Kollecinin professoru Abdullah bin Hamid Ali seçki sonuclarından razı qalmasa da, Trump-ın seçilməsinin insanları birləşdirəcəyinə, bir-birinə qarşı daha mərhəmətli olmağa sövq edəcəyinə ümid bəsləyir.

Duke Universiteti İslam Mərkəzinin direktoru Omid Safi də baş verənlərin marginallaşdırılmış qruplar, o cümlədən müsəlmanlar və Latın amerikalılar, afrikalı amerikalılar və yerli amerikalılar, yoxsullar və LGBT icması arasında həmrəyliyə yol açacağına ümid edir.

“Ən çətin söhbət”

Bir çox müsəlman vətəndaş hüquqları uğrunda mübarizəni davam etdirəcəyinə söz verir.

Buna da bax: ABŞ səfiri ölkəsindəki prezident seçkilərindən danışdı

Çərşənbə səhəri Texasda Sheikh Omar Suleiman 13 yaşlı qızı ilə həyatının ən çətin söhbətini gerçəkləşdirib:

"O, anlaya bilmirdi ki, Amerika belə irqçi qoçunu necə prezident seçə bilər. Heç mən də anlamıram. Ancaq mən ona qoçularla necə davrandığımızı xatırlatdım: biz onlara qarşı çıxırıq".

Yüzlərlə kilometr uzaqda Dilshad Ali də 13 yaşlı qızı ilə buna çox bənzəyən söhbət etməli olmuşdu.

Qızını yola salandan sonra məktəb psixoloquna zəng vuraraq, uşağa hiss etdirmədən onu yoxlamasını xahiş etmişdi.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG