Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:28

G.Aslanlı: 'İmzaların 50 faizi toplanıb'


Sentyabrın 26-da Azərbaycanda hansı hadisə baş verəcək? Sorğu
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Sentyabrın 26-da Azərbaycanda hansı hadisə baş verəcək? Sorğu

Müsavat Partiyası artıq lazım olan imzaların 50 faizini toplayıb.

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı deyib.

O qeyd edib ki, Müsavat Partiyasının yaratdığı «Respublika» Təşəbbüs Qrupunun referendum zamanı qanuni fəaliyyət göstərə bilməsindən ötrü artıq 5 gündür ki, imza toplanır: «Təşəbbüs qrupunun rəsmi qeydə alınması üçün ən azı 40 min imza lazımdır. Məndə olan informasiyaya görə, 5 gün ərzində bunun 50 faizi artıq toplanıb. Amma problemlər də var. Belə ki, əhalidən şəxsiyyət vəsiqəsini istədikdə bəzi problemlər üzə çıxır. Məlum olur ki, bir çoxlarının şəxsiyyət vəsiqəsini əvvəlcədən yerli hakimiyyət orqanları alıblar. Bu da onu göstərir ki, bu şəxsiyyət vəsiqələrindən hökuməti müdafiə edən təşəbbüs qruplarına imza toplamaq üçün istifadə edəcəklər».

Təşviqat qrupunun qeydiyyatından ötrü 40 min seçicinin imzası təqdim olunmalıdır. Üstəlik, onlar da ən azı 60 seçki dairəsini əhatə etməlidir və hər birindən ən azı 100 imza olmalıdır.

Müxalifətin başqa bir hissəsi - Demokratik Qüvvələrin Milli Şurası və Klassik Xalq Cəbhəsi Partiyası referendumun boykot edilməsi ilə bağlı qərar veriblər.
REAL Hərəkatı isə «Respublikaçı Alternativ» təşəbbüs qrupunu yaratdığını elan edib.

«Respublikaçı Alternativ» də Müsavat Partiyası kimi konstitusiyaya dəyişikliklərin əleyhinə təşviqat aparmaq niyyətindədir.

Ancaq hakim Yeni Azərbaycan Partiyası isə konstitusiyaya dəyişiklikləri müdafiə edir.

Bundan başqa, bəzi bələdiyyələr və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası da konstitusiya dəyişikliklərini dəstəkləməkdən ötrü təşəbbüs qrupları yaratdıqlarını açıqlayıblar.

İmza vərəqələrinin təqdim edilməsi avqustun 22-də başa çatır. Sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dəyişiklərlə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG