Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

«Azərbaycan hakimiyyəti sentyabrın 26-na təyin edilmiş referendum ərəfəsində apardığı repressiya siyasətini davam etdirir. Referendum elan edildikdən dərhal sonra başlayan həbslər, təzyiqlər imza toplanması kampaniyası dövründə daha da artıb».

Müsavat Partiyasının sentyabrın 23-də yaydığı bəyanatda belə deyilir.

Sənəddə vurğulanır ki, Müsavat Partiyasının referendumla bağlı kampaniya çərçivəsində sentyabrın 18-də keçirdiyi mitinqdən əvvəl və sonra təzyiqlər davam edir.

Buna da bax:​ Müsavatla Milli Şura arasında nə baş verir?

«Sentyabrın 21-də Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı Qaradağ Rayon Polis İdarəsinə çağırılaraq orada 4 saatdan artıq qanunsuz saxlanılıb. Divan üzvü İkram İsrafilin Mingəçevirdə yaşayan yaxın qohumu Rizvan Qurbanov, Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının üzvü Pərvin İsrafilin Facebook səhifəsində yazılarına, referendum kampaniyasında fəaliyyətinə görə hədələnib və 20 sutka həbs edilib. Bu gün (23 sentyabr) Rizvan Qurbanovun digər qohumlarına yenidən təzyiq edilir», - bəyanatda bildirilir.

Müsavat Partiyası hökuməti bütün qanunsuz həbs olunanları dərhal azad etməyə, repressiyalara son qoymağa çağırır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) da bir çox üzvləri Milli Şuranın aksiyasından əvvəl və sonra saxlanıb.

Ancaq Azərbaycan rəsmiləri müxalifətçilərə təzyiqlərlə bağlı fikirləri qəbul etmirlər. Bakı şəhər Baş Polis İdarəsi bildirib ki, mitinqlərdən sonra bəzi şəxslər asayişi pozduqlarına görə saxlanıblar.

Buna da bax:​ Müsavatın mitinqi: 'Ölkədə problemlərin səbəbkarı Əliyev rejimidi'

Hakimiyyət rəsmilərinin deməsinə görə, Azərbaycan MDB məkanında ən demokratik ölkədir.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyanın 25-dən çox maddəsinə dəyişikliklər səsverməyə çıxarılacaq. Eyni zamanda ona bir neçə yeni maddə təklif olunur.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG