Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:31

Müsavat mitinq keçirib - [Video]


Müsavat Partiyasının Məhsul stadionunda mitinqi
Müsavat Partiyasının Məhsul stadionunda mitinqi

-

Oktyabrın 25-də Bakıda “Məhsul” stadionunda Müsavat Partiyası mitinq keçirib. Mitinq iki saat davam edib.

Polis əllərində siyasi məhbusların fotolarını tutan müsavatçıları stadiona buraxmayıb.

Müsavat Partiyasının 25 Oktyabr mitinqindən
Müsavat Partiyasının 25 Oktyabr mitinqindən

Müsavat başqanı Arif Hacılı mitinqdə çıxışı zaman polisin siyasi məhbusların fotolarının mitinq iştirakçılarının əllərindən alınmasını tənqid edib. Bundan sonra mitinq iştirakçıları siyasi məhbusların fotoları olan və polisin əzdiyi plakatları geri alaraq istifadə ediblər.

Müsavat mitinq keçirir
Gözlə
Embed

No media source currently available

0:00 0:00:55 0:00

Arif Hacılı plakatların alınması ilə bağlı öz facebook hesabında yazıb:

"Mitinqin təşkilatçılarına siyasi məhbusların portretlərinin Məhsul stadiona keçirməsinə imkan verilmir. Hakimiyyət qondarma ittihamlarla həbs etdirdiklərinin hətta şəkillərindən də qorxur".

***

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər mitinqdəki çıxışından deyib:

“Hakimiyyət, Əliyev rejimi təkcə nefti, Azərbaycanın digər sərvətlərini oğurlamır, həm də bizim həyatımızı oğurlayırlar. Bu rejimin sonu gəlməkdədir. Bu rejimin başçıları özləri hər il “gələn il daha yaxşı olacaq” deyirdilər, amma indi İlham Əliyev etiraf edir ki, “gələn il çətin olacaq”. Bu rejim doymuş məhlula bənzəyir, özü-özünü inkar etməyə başlayıb".

İsa Qəmbər: "Bu rejim təkcə təbii sərvətləri oğurlamır"
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

​***
Müsavat partiyası mitinq keçirməklə bağlı oktyabrın 5-də Müsavatın Divanında qərar qəbul edib. Qərara görə, mitinqin əsas şüari “Azad seçki”dir. Məqsəd həm də Müsavatdan deputatlığa namizəd olanların seçicilərlə görüşməsidir.

Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG