Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:06

Müsavat Konstitusiya Məhkəməsinə müraciət etdi


-

Müsavat Partiyası Konstitusiya Məhkəməsini əsas qanuna dövlət başçısının iyulun 18-də təklif etdiyi düzəlişlər layihəsinə müsbət rəy verməməyə dəvət edib.

Bu barədə partiya lideri Arif Hacılının Konstitusiya Məhkəməsinə müraciətində deyilir.

Partiyanın fikrincə, bir sıra hallarda dəyişikliklər və düzəlişlərin qəbul edilməsi qaydası pozulub. Bir sıra düzəlişlərin qəbulu isə ölkənin beynəlxalq öhdəliklərinə ziddir.

“Vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırır. Prezident institutunun gücləndirilməsi hakimiyyət bölgüsü prinsipini də pozur və faktiki olaraq monarxik idarəetmə sistemi yaradır”, deyə müraciətdə bildirilir.

Müraciətdə qeyd edilir ki, Referendum Aktı layihəsi 1918-ci il Azərbaycan Demokratik Respublikasının dəyərlərinə, 1991-ci ildə qəbul edilən Müstəqilliyin Bərpası Aktına və Konstitusiyasının özünün əsas prinsiplərinə ziddir:

“Müsavat Partiyası bu Referendum Aktı layihəsinə müsbət rəy verilməsini qəbuledilməz sayır”, deyə müraciətdə qeyd edilir.

Buna da bax: Milli Şura: Monarxiya qanuniləşir

İyulun 18-də dövlət başçısı İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə Referendum Aktı layihəsi göndərilib.

Həmin layihədə Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır.

Aparıcı müxalifət qüvvələri bu layihənin əleyhinə mövqelərini bildiriblər. Hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri isə onu dəstəkləyən açıqlama veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG